Nümunə insanlar

Məryəm haqqında

    13.02.2015

Məryəm - Uca Allahın Quranda "təmizlənmiş və seçilmiş", Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) "kamilliyə çatmış" kimi vəsf etdikləri, dünyaya gəlib-getmiş qadınlar içərisində ən fəzilətli, üstün olanlardan biridir. O, həmçinin Allahın möcüzəsi sayəsində İsa peyğəmbəri (Ona Allahın salamı olsun) atasız dünyaya gətirmişdir. Məryəmin atası İmran və anası Hənnə çox ibadət edən və saleh kimsələr idi.

Peyğəmbərin mərhəməti

    27.01.2015

Rəvayət edilir ki, İbn Abbas demişdir: "Qureyşlilər Peyğəmbərin yanına gəlib dedilər: “Rəbbinə dua et ki, Səfanı bizim üçün qızıla döndərsin, biz də sənə iman gətirək”.
Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “İman edə­cəksinizmi?”
Onlar: “Bəli!”- deyə cavab verdilər.

Şübhəsiz ki, bunda ibrət var

    22.12.2014

Uca Allah buyurur: “Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: "Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Allaha qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət verməyin. Əgər üz çevirsəniz, bilin ki, mən sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq Allahdadır. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir".

İmam Muslim kimdir?

    17.12.2014

İmam Muslim ibn Həccac, Xorasanın Nisabur şəhərində anadan olmuşdur. İmam əz-Zəhəbi demişdir: “Deyilənə görə İmam Muslim hicrətin 204-cü ilində anadan olmuşdur”.
İmam Muslim Nisaburda yetərincə elm öyrəndikdən sonra biliyini artır­maq və hədisləri toplamaq məqsədilə Hicaz, Misir, Suriya, İraq və digər məm­ləkətlərə səyahət etmiş və sayı iki yüzdən çox olan alimlərdən elm almışdır. 

İmam əl-Buxari kimdir?

    12.12.2014

Muhəmməd ibn İsmail əl-Buxari hicrətin 194-cü ilində şəvval ayının on biri cümə günü, Xərtənk adlı, Buxara şəhərinə yaxın bir kənddə dünyaya gəlmişdir. O, atasını tez itirmiş və erkən uşaqlıq çağında gözləri tutulmuş­dur. Bir müddət sonra anası yuxusunda İbrahim peyğəmbəri görmüş və ondan bu sözləri eşitmişdir: “Ey filankəs, sənin çoxsaylı dualarına görə Allah sənin oğluna gör­mə qabiliyyətini qaytardı.”

"əd-Duha" surəsinin izahı

    09.12.2014

Mərhəmətli və Rəhm edən Allahın adı ilə!
1. And olsun səhərə!
2. And olsun sakitləşən gecəyə!
3. Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu.
4. Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.
5. Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan.
6. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?
7. Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?
8. Kasıb olduğun zaman səni varlandırmadımı?
9. Elə isə yetimə xor baxma!
10. Səndən kömək diləyəni qovma!

Abdullah ibn Səlam haqqında

    05.11.2014

Abdullah ibn Səlam Peyğəmbərin səhabəsidir. Peyğəmbər Mədinə şəhərinə hicrət etdikdə Abdullah ibn Səlam onu görən kimi İslam dinini qəbul etmişdir. O, bu haqda xəbər verərək belə demişdir: “Allah Elçisi - sallallahu aleyhi və səlləm - Mədinəyə gələndə insanlar onun yanına getdilər. Belə deyildi: “Allah Elçisi gəldi, Allah Elçisi gəldi, Allah Elçisi gəldi!” Mən də ona baxmaq üçün gəlib insanların arasına girdim. Allah Elçisinin üzünə baxanda onun yalançı adam olmadığını bildim.

İmam Hüseynin Cənnətlə müjdələnməsi

    05.11.2014

İmam Hüseyn dünyada ikən Peyğəmbər tərəfindən Cənnətlə müjdələnmişdir. Rəvayət edilir ki, bir dəfə Peyğəmbər Hüseyni göstərib demişdir: “Kim Cənnətdəki cavanların ən hörmətlisini görmək istəyirsə, buna baxsın.” (Səhih ibn Hibban, 237).
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Həsən və Hüseyn Cənnətdəki cavanların ən hörmətlisi olacaqlar. Ataları Əli isə onlardan da xeyirlidir”. ( Müstədrək əl-Hakim, 3/167).

Kərbəla faciəsinin təfərrüatları

    04.11.2014

Kərbəlaya çatanda Hüseyn geri qayıtmaq fikrinə düşdü. İlk göndərilən dəstənin qalan hissəsi gəlib çatdı. Onların sayı dörd min idi. Qoşuna rəhbərliyi Ömər ibn Səd edirdi. Kərbəla adlı yerə çatanda Hüseyn dedi: "Bura haradır?"
Dedilər: "Kərbəla".
Hüseyn dedi: "(Kərb və bələ) kədər və bəla".
Ömər ibn Sədin qoşunu gəlib çatanda o, Hüseynlə danışdı və onunla bərabər İraqa, Ubeydullah ibn Ziyadın yanına getməsini tələb etdi. Lakin Hüseyn bu təklifdən imtina etdi. Hüseyn işin ciddi olduğunu gördükdə Ömər ibn Sədə dedi: “Mən sənə üç təklifdən birini seçməyi təklif edirəm".

Pages