Nümunə insanlar

Nuh haqqında surə

    17.05.2014

Nuh surəsi, 28 ayədən ibarətdir. Məkkədə nazil olmuşdur. Bu surə bütövlükdə Nuh və onun qövmü haqqındadır. Nuh peyğəmbər Adəmdən min il sonra göndərilən Allahın elçisidir. Nuh peyğəmbərin doqquz yüz əlli il peyğəmbərlik etməsinə baxmayaraq qövmünün az bir qismi onun çağırışını qəbul etmişdir. Uca Allah onu iman gətirənlərlə birlikdə xilas etmiş, inadkar kafirləri isə suya qərq etmişdir. Uca Allah buyurur:
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Peyğəmbərin orucu

    11.05.2014

      Orucluq – Allaha ibadət məqsədi ilə dan yeri söküləndən gün batana kimi onu batil edən (pozan) şeylərdən özünü qorumaqdır. Orucluq Uca Allahın Öz qullarına buyurduğu böyük ibadətlərdəndir. Əməlisaleh bəndə nəfsinə güc gələrək axirət yurduna, onun gözəl nemətlərinə can atır və o əbədi həyata özünü təmizləyərək hazırlayır. Sevinc hissi ilə aclığı və susuzluğu qarşılayır, ehtiyac içində olanların vəziyyətini hiss edir, nəfsini dünya ləzzətlərindən – yemək-içmək, eləcə də Allaha asi olmaqdan qoruyaraq şeytanın yollarını bağlayır.

Peyğəmbərin meracı

    03.05.2014

      İsra gecə vaxtı səyahət etməyə deyilir. İsra Rəsulullahın bir gecədə Məkkədəki Məscidul-Həramdan Yerusəlimdəki Beytul-Məqdisə gedib həmin gecə də geri qayıtması nəzərdə tutulur. İsra Uca Allahın hicrətdən öncə Peyğəmbəri bir gecədə Məscidul-Həramdan Məscidul-Əqsaya Buraq adlı miniyin üzərində Cəbrailin müşayiəti ilə aparması sayəsində ona bəxş etdiyi böyük bir möcüzədir.

Ən fəzilətli qadınlar kimlərdir?

    17.04.2014

      İbn Abbas demişdir: “Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yerdə dörd xətt çəkdi və dedi: “Bunun nə olduğunu bilirsiniz?” Dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilir” Peyğəm­bər buyur­du: “Cənnət qadınlarının ən fəzi­lətlisi; Xuveylidin qızı Xədicə, Muhəm­mədin qızı Fati­mə, İmranın qızı Mər­yəm və Fironun zövcəsi Muzahi­min qızı Asiyadır”.

Allaha yaxın olan möminlər kimlərdir?

    06.04.2014

      Uca Allah buyurur: "Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə  təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: "Salam!"- deyərlər.
Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər.
Onlar deyərlər: "Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir. Həqiqətən, o, nə pis məskən, necə də pis iqamətgahdır!"
Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar.

Əzmkar peyğəmbərlər

    23.03.2014

      Əzmkar və möhkəm iradə sahibləri olan peyğəmbərlər ulul-əzm peyğəmbərlərdir. Uca Allah Muhəmməd peyğəmbərə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: “Elçilərdən möhkəm iradə sahiblərinin səbir etdiyi kimi, sən də səbir et!” (əl-Əhqaf, 35).
Alimlər ulul-əzm peyğəmbərlərin sayının beş olduğunu söyləmişlər – bunlar Nuh, İbrahim, Musa, İsa və Muhəmmədir (Allahın onlara salavatı və salamı olsun!). 
Onların beşinin adı birlikdə Qurani Kərimdə iki yerdə çəkilir. Onlardan birincisi "əl-Əhzab" surəsindədir:

Səhabələr kimlərdir?

    21.03.2014

Səhabə Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) görüb İslamı qəbul edən və müsəlman olduğu halda ölən kəsə deyilir. Səhabələr (Allah onlardan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra, ən xeyirli insanlardır. Onları dost tutmaq, onları sevmək, onlardan razı qalmaq hər bir müsəlmana vacibdir. Onları sevmək dindar və mömin olmağın, habelə mərhəmətli Allaha yaxınlaşmağın əlaməti, onlara nifrət bəsləmək isə kafirliyin və üsyankarlığın əlamətidir.

Rəsulullahın adları

    06.03.2014

      Rəsulullah - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Mənim bir çox adlarım var: mən həm Muhəmməd, həm də Əhmədəm, mən Allahın mənim vasitəmlə küfrü yox etdiyi Mahiyəm, mən insanların, arxasınca gedib məhşərə toplandığı Haşirəm və mən Aqibəm, o Aqib ki, özündən sonra bir peyğəmbər gəlməyəcək.”

Muhəmməd – təriflənən deməkdir. Bu adı ona atası qoymuşdur.

Pages