Nümunə insanlar

Salman Farisinin əhvalatı

    12.09.2014

Salman Farisi başına gələnləri belə rəvayət etmişdir: “Mən İsfahanda – Cey deyilən bir məmləkətdə yaşayırdım. Atam da həmin məmləkətin böyüyü, həm də ən zəngin adamlarından biri idi. O məni hamıdan çox sevirdi, günü-gündən də mənə olan məhəbbəti artırdı. O məni heç yerə buraxmırdı, cariyə kimi evdə saxlayırdı. Getdikcə mən əqidəli bir atəşpərəstə çevrilirdim. İş o yerə gəlib çatmışdı ki, mən bircə saat belə oddan ayrı qala bilmirdim. O vaxtlar atamın ağalıq yerləri var idi.

Cənnətlə müjdələnmiş səhabənin sirri

    27.08.2014

Ənəs rəvayət edir ki, biz Peyğəm­bər ilə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - bir­gə oturmuşduq. O dedi: “İndi buraya Cənnət əhlin­dən olan bir kişi gələcək”. Bu vaxt ənsardan biri içəri daxil oldu. Onun saqqalından dəstəmazın suyu da­mırdı, sol əlində də ayaqqabılarını tutmuşdu. Ertəsi gün Pey­ğəm­bər bir daha o sözləri dedi və yenə də həmin kişi içəri daxil oldu. Səhəri gün Peyğəm­bər bir daha o sözləri dedi və yenə də həmin kişi içəri daxil oldu.

Dində həddinizi aşmaqdan çəkinin!

    13.08.2014

Dində həddi aşmaq Allahın insanlar üçün qoyduğu hüdudları aşmağa deyilir. Uca Allah dində həddi aşmağı qadağan etmişdir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Həddinizi aşmaqdan çəkinin! Şübhəsiz, sizdən öncəkiləri həlak edən dinlərində həddi aşmaları olmuşdur.”
Peyğəmbər demişdir: “Nəsranilər Məryəm oğlunu şişirtdikləri kimi siz də məni şişirtməyin, mən sadəcə Allahın qulu və elçisiyəm.” (Səhih əl-Buxari, 3445).

İbrahim peyğəmbərin əhvalatı

    27.07.2014

Uca Allah buyurur: "Onlara İbrahimin əhvalatını da oxu. Bir zaman o öz atasına və tayfasına: "Nəyə ibadət edirsiniz?"– demişdi.
Onlar dedilər: "Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik".
O dedi: "Onlara yalvardığınız zaman sizi eşidirlərmi? Yaxud sizə xeyir və ya zərər verirlərmi?"
Onlar dedilər: "Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük".

Yada sal!

    27.07.2014

"Lutu da yada sal! Biz ona hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, pozğun bir qövm idilər. Biz onu Öz mərhəmətimizə qovuşdurduq. O, həqiqətən, əməlisalehlərdən idi.
Nuhu da yada sal! Daha öncə o dua etmişdi. Biz onun duasını qəbul etmiş, onu və onun ailəsini böyük qəm-qüssədən qurtarmışdıq! Biz onu ayələrimizi yalan hesab edən adamlardan müdafiə etdik. Doğrudan da onlar pis adamlar idilər. Odur ki, Biz onların hamısını suya batırdıq.

“Sirrin sahibi” ləqəbli səhabə

    27.07.2014

Huzeyfə ibn Yəmən ibn Cabir əl-Əbsi Peyğəmbərin məşhur səhabəsidir. “Sirrin sahibi” ləqəbi ilə tanınmışdır. Peyğəmbər - sallallahu aleyhi və səlləm - münafiqlərin adlarını yalnız ona bildirmişdi. O, hicrətin 36-cı ilində, Osman ibn Əffanın vəfatından qırx gecə sonra vəfat etmişdir. Huzeyfənin fəzilətinə dair rəvayət edilir ki, İbrahim demişdir: “Bir dəfə Əlqəmə Şama getdi və məscidə daxil olub: “Allahım, mənə əməlisaleh bir həmsöhbət yetir!”– dedi, sonra da gedib Əbu Dərdanın yanında oturdu.
Əbu Dərda ondan: “Kimlərdənsən?”– deyə soruşdu.

Peyğəmbərin ərzağı çoxaltmaq möcüzəsi

    25.07.2014

Rəvayət edilir ki, Sələmə ibn Əkva demişdir: “Bir dəfə əshabələr səfərdə ikən onlardan bəzilərinin ərzaq malları azaldı və onlar yemək-içməyə möh­tac qaldılar. Odur ki, Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun -  yanına gəlib öz dəvələrini kəsmək üçün ondan izn istədilər və o da onlara izn verdi. Sonra onlar Ömərə rast gəl­dilər və bu haqda ona xə­bər verdilər. Ömər dedi: “Dəvələrinizi kəsdik­dən sonra necə keçinəcəksiniz?” Bun­dan sonra Ömər Peyğəmbərin yanına gə­lib dedi: “Ya Rəsulullah, onlar dəvələrini kəsdikdən sonra necə keçi­nə­cək­lər?”

Davud peyğəmbər haqqında

    20.07.2014

Uca Allah Davud peyğəmbər haqqında buyurur: “Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim Allaha üz tutardı. Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə Allahın şəninə təriflər deyirdilər. Biz quşları da toplum halda ona ram etmişdik. Hamısı daima Allaha üz tutardı. Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik” (Sad, 17-20).

Peyğəmbərin tövhidi qoruması

    19.07.2014

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - insanlara ürəkdən qayğı göstərər və əlindən gələni edərdi ki, insanlar tək Allaha ibadət etsinlər və buna zidd olan bütün inanc və əməllərdən çəkinsinlər. Peyğəmbər dəfələrlə ümmətinə Allaha şərik qoşmağı qadağan etmiş, onları şirkdən çəkindirmişdir. O, bunu təkrar-təkrar yada salardı ki, təkAllahlığı – İbrahimlə göndərilmiş tövhid dinini, ona xələl gətirəcək hər bir sözdən və əməldən qorusun. Peyğəmbər şübhələri dəf etmiş və özündən sonra aydın bir yol qoyub getmişdir.

Pages