Son məqalələr

Peyğəmbərin çəkdiyi məsəllər

    23.02.2014

      Pey­ğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Mənim və əvvəlki peyğəmbərlərin məsəli, gözəl və heyrətamiz bir ev tikmiş, lakin kərpicinin birini qoymamış bir kimsənin məsəlinə bənzəyir. Camaat bu evin yan-yörə­sindən keçir, ona təəccüb edir və deyirlər: “Nə üçün bura bir kərpic qoyul­mayıb?” Sonra Peyğəmbər davam edib dedi: “O kərpic mənəm və mən peyğəmbərlərin sonuncusuyam.” (əl-Buxari, 3535). 

Cəbrail kimdir?

    21.02.2014

      Cəbrail - əleyhis-səlam - mələklərin ən fəzilətlisi və Allah qatında ən hörmətlisidir. Uca Allah onun qüvvətli və tapşırılan işi yerinə yetirməkdə etimad ediləsi olduğunu vəsf etmişdir. O, Ruhul-Əmindir (sadiq ruh). Uca Allah buyurur:
“Onu (Quranı) Ruhul-Əmin endirdi (əş-Şüəra, 193-195).
Uca Allah onun bəzi xüsusiyyətləri haqda belə buyurur:

Allah kimləri sevir?

    21.02.2014

Qurani Kərimdə və Muhəmməd peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhih hədislərində Uca Allahın müəyyən əməlləri, sözləri və müəyyən xislətlərə sahib olan bəndələrini sevdiyi xəbər verilir. Onun bu haqda bizə xəbər verməsi bizim dərhal Onun sevdiyi həmin xislətlərə sahib olmağımız, Onun sevdiyi əməlləri etməyimiz və tez-tez Onun sevdiyi sözləri söyləməyimiz üçündür. Bunları yerinə yetirməklə biz Onun məhəbbətini qazana bilərik.

Süleyman peyğəmbərin hikməti

    16.02.2014

      Uca Allah Qurani Kərimdə Süleyman peyğəmbərin hikməti haqqında buyurur: “Davudu və Süleymanı da yada sal! Bir zaman onlar özgə adamların qoyunlarının girib zay elədiyi bir əkin sahəsi barəsində hökm vermişdilər. Biz onların hökmünə şahid idik. Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə Allahı tərifləmələri üçün ona ram etdik. Bunları Biz etdik" (əl-Ənbiyə, 78-79).

Vəhy nədir?

    16.02.2014

      Ərəb dilində vəhy sözü tez və gizli gələn xəbərə deyilir. Həmçinin, vəhy sözünün ilham, işarə, yazı mənaları da vardır. Peyğəmbərlərə gələn vəhy Uca Allahın onlara şəriət qanunu və ya kitab kimi çatdırmaq istədiyi xəbəridir.

Allahın mərhəməti

    15.02.2014

      Peyğəmbər demişdir: “Allah mərhəməti yüz hissədən ibarət etdi. Doxsan doqqu­zunu Özündə sax­layıb təkcə bir hissəsini yer üzünə endirdi. Məhz bunun sayəsində yaradılanlar bir-birinə rəhm edir. Hətta, at öz balasını tapdala­masın deyə ayaqlarını yuxarı qaldırır.” (əl-Buxari, 6000).
      Həmçinin, Peyğəmbər demişdir: "Yerdəkilərə rəhm edin ki, səmada olan da sizə rəhm etsin!"

Axirət günü nədir?

    14.02.2014

     Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrayılın: “Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: “(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Müsəlman bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin ola bilməz. Axirətə iman imanın altı əsasından biri hesab olunur. Uca Allah buyurur:

Peyğəmbərlərin möcüzələri

    10.02.2014

Möcüzə sözü acizlik sözündən əmələ gəlmiş və "qadir olmamaq" mənasını ifadə edir. Peyğəmbərin möcüzələri insanların onları etməkdə aciz olduqları şeylərə deyilir. Möcüzə, peyğəmbərlərin sadiq olduqlarının sübutu olaraq baş verən fövqəladə hadisələrə deyilir. Həmin hadisələrin bənzərini heç kəs edə bilməz.

Körpə ikən danışmış uşaqlar

    07.02.2014

      Sizə təqdim edəcəyimiz hədis uzaq keçmişdə yaşayanların əhvalatları haqqında olacaqdır. Hədisdə Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - ancaq iki nəfərin beşikdə ikən danışdığını dedikdə İsrail oğulları arasında olanları nəzərdə tutur. Çünki, O başqa hədisdə belə buyurur: "Dörd uşaq körpə ikən danışmışdır." Onlardan üçü burada qeyd olunmuşdur, dördüncüsü isə Yusuf peyğəmbərin günahsız olduğunu söyləyən körpədir. Bu hədis ilahi möcüzə, valideyn haqqı, Allahın öz sadiq bəndəsinə yardım etməsi barəsində danışır.

Pages