Cinsiyyət üzvündən çirk gələn qadın namazını necə qılmalıdır?

    13.08.2016
Sual: 
Salam.sualima gore uzur isteyirem .men destamaz alandan sora menden cirk gelir.eskim bulasir .men ele ele namaz qila bilerem.bu hal mende tez tez bas verir.destemaz alan kimi cirk gelir.yenede sualma gore uzur isteyirem.
Cavab: 

Və aleykum Salam. Əgər bu hal sizdə xəstəlik səviyyəsinə gəlib və dəstəmaz alan kimi yenə çirk gəlirsə, siz xəstə hökmündə olursunuz. Ona görə hər namazdan qabaq təmizlənib dəstəmaz alın və çirkin gəlməsinə baxmayaraq namaz qılın. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cinsi orqanından tez-tez qan gələn Fatimə bint Əbu Hubeyş adlı qadına demişdir: "Sonra hər namaz üçün dəstəmaz al". (Əbu Davud, 195). Burada qan da çirk qismindədir. 

Paylaş: