Namaz qılmayan adam məscidə gedib dua edə bilərmi?

    29.10.2016
Kimdən: 
Ayka
Sual: 
Cume gunu mecide gedib namaz qilmadan dua ede bilerem? Namaz qilmiram
Cavab: 
Salam aleykum. Namaz qılmayan adam məscidə gedib dua edə bilər. Amma namaz qılmamaq ən böyük günahlardan olduğu üçün həm Uca Allahın qəzəbini qazanırsınız, həm də dualarınızın qəbul olunmasına maneə yaradırsınız. Həmçinin, namazın içində edilən dualar daha çox qəbul olunur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Bəndənin Rəbbinə ən yaxın vaxtı səcdə halında olur, (səcdədə) duanı çoxaldın". (Səhih Muslim, 782).
Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) soru­­şuldu: "Hansı dua ən tez qəbul olunur?" Buyurdu: "Gecənin axırında və fərz namazının sonunda edi­lən dua". (ət-Tirmizi, 3499). Ona görə də siz qüsl və dəstəmaz alaraq məscidə gedin, camaatla bir sırada dayanın, namazın sözlərini bilməsəniz də, onların hərəkətlərini təkrar edin. Namaz qılmağı buradan öyrənə bilərsiniz:
Namaz qılmaq qaydası - VİDEO
Həmçinin oxuyun:
Namaz qılmayan Cənnətə girə bilərmi?
Dualarım qəbul olmur, nə edim? 
Teqlər: 
Paylaş: