Əbu Şeybənin "xalça və kilimə səcdə bidətdir" hədisi barədə nə deyə bilərsiniz?

    29.12.2016
Kimdən: 
Əhməd
Sual: 
Əbu Şeybənin xalça və kilimə səcdə bidətdir hədisi barədə nə deyə bilərsiniz
Cavab: 
Salam aleykum. Qeyd etdiyiniz kitabda zəif və uydurma hədislərin də olması səbəbilə bu kitab etibarlı mənbələrdən hesab olunmur. İbn Əbu Şeybənin bir neçə kitabı olub. Onun yazdığı "Musannəf" əsərində 39000-dən çox hədis var və sözsüz ki, bu hədislərin içərisində zəif hədislər də mövcuddur. Həmçinin, sadaladığınız hədis deyil, əsərdir. Əsər isə peyğəmbərin (sallallahu aleyhi və səlləm) yox, sonrakı nəsillərdə yaşayanların sözlərinə deyilir. Namazın necə qılınması, səcdə zamanı yeddi əzanın yerə dəyməsi, namazda əllərin tutulması, dəstəmaz və s. haqda isə həm İbn Əbu Şeybənin, həm də ondan daha səhih sayılan kitablarda bir çox dəlillər vardır. Saytımızda da səhih olan mənbələr qeyd edilir. Həmçinin, oxuyun:
Paylaş: