Təkfirçiləri necə tanımaq olar və digər suallar

    07.04.2017
Kimdən: 
Behlul
Sual: 
Es Selamun Aleykum qardawlar suallarim var men namazin sozlerini menalarinida bilirem Amma ki namazin oz sozlerini deye deye menalarini duwune bilmirem cox cetinliy cekirem duwunendede namazda bezen cawiram. Tekfirci dediyde kimlerden uzaq durmaliyiq cun ki elede elmimiz goxdur ki biley. Birde sidiyin ardiyca gelen mayeye gore qusul almaq gereydi. Cammat namazinda imam menden tez tewehhudu ve yaxud fatihani deyir men cattira bilmirem bezen imam salam verir hele men davam edib qhrtarib salam verirem bu duqrudurmu bilmirem onlar nece ele tez uxuyub qurtarirlar ele olanda xuwuyla namaz qilmaqda olmur. Deniz yemeylerinden buzlu baliq satirlar onu yemey olarmi ustunde pulcuq olmayan
Cavab: 
Və aleykum Salam. 
1. Namazın sözlərinin sözbəsöz tərcüməsini öyrənsəniz, Allahın izni ilə namaz da sizə daha rahat olar.
2. Təkfirçi dedikdə, kafirlərə aid olan Quran ayələrini və hədisləri müsəlmanlara tətbiq edərək onlarla kafir kimi davranan, dində həddi aşmış və yolunu azmış insanlar nəzərdə tutulur. Onların bir çox əlamətləri var. Daimi narazılıq, hakimiyyətə qarşı olmaq, təkəbbürlü olmaq, dində həddən artıq sərt olmaq, onların fikrində olmayanlara kafir və ya murciə demək, namaz qılmayanı araşdırmadan kafir saymaq, İslam alimlərinin və elm tələbələrinin sözlərini qəbul etməmək, Quran ayələrini və hədisləri öz nəfslərinə uyğun başa düşmək və s.
3. Sidiyin ardı ilə gələn mayeyə görə qüsl almaq lazım deyil. Sadəcə cinsiyyət üzvü yuyulur. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?
4. Səsli namazda imamın əl-Fatihə surəsini oxuması sizə kifayətdir, siz sadəcə susub onu dinləməlisiniz. Daha ətraflı:
Səsli camaat namazında imamın arxasındakılar Fatihə surəsini oxumalıdırmı?
5. Dondurulmuş qidaları yeməyə heç bir qadağa yoxdur.
Paylaş: