Yolda olduğu üçün namaz qılmamaq və "Ya Əli" demək haqqında

    07.05.2017
Kimdən: 
fehmin
Sual: 
Salam.Men tam 1'gun yolda oldugum ucun bir gunluk namazim qezaya aldı.qeza namazlarini bir birinin ardinca fasile vermeden qilmaq olar?birdeki bir nece adam,mominlerde daxil,YA MEHEMMED YA ELİ deyirler bu düzgündür mu?Evvelceden tesekkur edirem
Cavab: 
Və aleykum Salam. Namazları bilərəkdən qəza etmək böyük günahlardandır. Gələcəkdə çalışın ki, namazları vaxtında qılasınız. Çətin hallarda namaz qılmağa dair dinimiz bizə yüngüllük nəsib edib -- səfərdə namazları birləşdirmək, həmçinin minikdə oturaraq da namaz qılmaq icazəlidir.
Qəza namazlarnı bir-birinin ardınca qılmaq olar.
"Ya Əli", "Ya Məhəmməd" demək isə böyük şirkdir, çünki bu, Allahdan qeyrisini çağıraraq yardım istəməkdir. Daha ətraflı:
Paylaş: