İnsan əməlləri öz seçimi ilə edir, bu özü də qədərdirmi?

    22.05.2017
Kimdən: 
Elçin
Sual: 
Salam aleykum. Namaz əhli olmagima baxmayaraq, Qismet ve qeder haqqinda cox duwunurem. Burada sizin " Qismet Qeder" baresinde olan movzunuzuda oxumuwam. Ancaq istediyim qeder ureyime tam yatacaq cavab ala bilmirem.(inweAllah wubheye duwmemiwem) -Bildirmisinizki ixtiyar secim etmek(pis ve yaxwi) insanin oz elindedir oz ixtiyarindadir. Tebiiki men menimcun yaxwi xeyirli olani secirem edirem, ola bilmezmiki buda ele qederin ozudur?mene ele gelirki ozum secirem ozum edirem, ama ele etdiyim wey qederin ozundendir bu? Xahiw edirem bu sualimi movzunu daha geniw Daha Bawa Duwulen deqiq cavablandirasiniz. Qabaqcadan Allah razi olsun emeyi kecen herkesden.Cox maariflenirem bu saytdan.Salam aleykum
Cavab: 
Və aleykum Salam. Uca Allahın yaratdığı bir çox şeylər var ki, insanın ağlı onları başa düşmək iqtidarında deyil. Müsəlmanlar belə şeyləri eşitdikdə sadəcə "eşitdik və iman gətirdik" deməlidirlər. Qədər mövzusu da ən ağır mövzulardandır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Səhabələrim haqda söhbət düşdükdə susun! Ulduzlar haqda söhbət düşdükdə susun! Qədər haqda söhbət düşdükdə susun!" (ət-Tabərani, "Mu'cəmul-Kəbir" 1411, 10296). Siz sadəcə qəbul etməlisiniz ki, Uca Allah məxluqatı yaratmazdan əvvəl onların qədərini yazmışdır, lakin bununla bərabər insan əməlləri öz seçimi ilə, heç bir məcburiyyət olmadan edir. Amma bunun necəliyi barədə çox düşünməyin, əks halda vəsvəsəyə düşə bilərsiniz. İnsan seçim etməkdə müstəqil olduğu üçün məsuliyyət daşıyır, əks halda Qiyamət günü insanlar günahları məcburən etdiklərini bəhanə gətirərdilər. Həmçinin oxuyun:  
Teqlər: 
Paylaş: