Abort etdiyimə görə Allah məni bağışlayarmı?

    04.06.2017
Kimdən: 
Gozəlov Xanim
Sual: 
Salam.mən 3 dəfə abort etdirmişəm bilirəm ki mən böyük günah işlətmişəm özüdə namaz qıla qıla.neyniyim ki Allah məni bağışlasın,?Mən məcbur idim çünki imkanım yoxdu saxlamaqa.iki evladim var yoldaşım çox avaradi ailəmi anam yedizdirir.urəyimdə çox peşmanam istəməzdim evladiniz öldürüm.mənə kömək edin.2 ci sualıma ki sübh namazına çox vaxt duran bilmirəm neyniyəsən bilərəm,?
Cavab: 
Və aleykum Salam. 
1. Əgər qadının uşağı dünyaya gətirməsi onun sağlamlığı üçün ciddi təhlükə yaradarsa, abort etməyə icazə verilir. Digər bütün hallarda isə abort etmək böyük günahdır.  Böyük günah edən səmimi qəlbdən peşman olmalı və Allaha bağışlanmaq üçün dua etməlidir. Allahın rəhmətindən ümidini üzməməli, bununla yanaşı günahlardan çəkinməli və çoxlu xeyirli əməllər etməlidir - namaz və digər ibadətləri çoxaltmaq, valideynlərə yaxşılıq etmək, sədəqə vermək və s. Uca Allah buyurur: "O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər". (Ali İmran, 135). Daha ətraflı: Abort edən qadın tövbə etsə, bağışlanarmı?
Paylaş: