Boşanma və evlənmə duasını mütləq din xadimi oxumalıdırmı? Evlənən özü üçün kəbin kəsə bilərmi?

    26.08.2017
Sual: 
Boşanma və ya evlilik duasını mütləq din xadimi oxumalıdır? Adamın özü oxuya bilməz?
Cavab: 
Salam aleykum.
1. Boşanma üçün dinimizdə hər hansı bir dua buyurulmayıb. Ümumən kişinin qadına "səni boşadım" deməsi və ya talaq niyyəti ilə buna oxşar başqa söz deməsi artıq boşanmanın baş verməsi sayılır. Daha ətraflı: Boşandıqda mollanın yanına gedib talaq duası oxutdurmaq lazımdırmı? 
2. Sünnədə evlilik üçün nikah bağlandıqda kəbinlə əlaqəli duaların oxunması və digər şəri ayinlərin icrası evlənənlərə yox, kəbin kəsən səlahiyyətli şəxsə (məscid imamları, dini idarə tərəfindən təyin edilmiş şəxslər və s.) həvalə edilmişdir. Heç kim özü öz kəbinini kəsə bilməz. Kəbində həmçinin qadının vəlisi (himayədarı) və iki ədalətli şahid iştirak etməlidir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Himayədar və iki ədalətli şahid olmadan bağlanan nikah düzgün deyildir". (İbn Hibban, 1247). Kəbin kəsən şəxs "Xubtətul-Hacə" adlı duanı oxuyur, bu duanın oxunması müstəhəbdir, vacib deyil. Səlahiyyətli şəxs tərəfindən kəbin kəsildikdən sonra evlənən şəxs özü və ailəsi üçün Allaha dua edə bilər. Daha ətraflı:
Xutbətul-Hacə duası və tərcüməsi
Teqlər: 
Paylaş: