Cinsi əlaqə zamanı boşalma olmasa, qüsl pozulurmu?

    31.10.2017
Kimdən: 
Abu Zeyd
Sual: 
Salam aleykum rahmatullahi və bərəkətuhu. Allah elminizə bərəkət versin.Allah sizi xeyirlə mükafatlandırsın. Sualım belədir. 1. Ər arvad arasında cinsi münasibətdə boşalma olmasa, qüsl pozulurmu? Kişi və qadına qüsl almağa ehtiyac olurmu? 2. Uşağımız var əlhəmdülilləh, hələki bir müddət yeni uşaq olmağını istəmirik. Cinsi münasibətdə qadın hamilə qalmaması üçün bunun qarşısını almaq üçün nələrdən istifadə etmək icazəlidir? (Məs: Dərman və ya digər digər şeylər). Salam aleykum.
Cavab: 

Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu.
1. Cinsi əlaqə zamanı cinsi orqanlar bir-birinə toxunubsa, boşalma olmasa belə qüsl pozulur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Əgər qadının dörd əzası qarşısında oturub yaxınlığa cəhd edərsə, məni ifraz olunmasa da artıq qüsl vacib olur". (Muslim, 348).
2. Bu cavabı oxuyun: Hamilə qalmamaq üçün qorunmaq olarmı?

Paylaş: