Valideynlərimi hicaba keçməyimə necə razı salım?

    25.12.2017
Kimdən: 
Yaqubova Aytac
Sual: 
Salam aleykum. 1)Bir mənim atam və çox qohumlarım mənə hicab taxmağa icazə vermirlər. Dövrümüzə uymalıyammış. Müəllimliyə hazırlaşıram. Deyir iş tapa bilməyəcəksən. Pis baxırlar. 2)çox yaxınımın toyu olsa belə oraya getmək olmazmı? Eger çox oynamasam..3)Ailəmi hicaba necə razı sala bilərəm? 4) Evveller namaz qılanda qəlbdən qılırdım çox vaxt amma indi imanım itmək üzrədir. Qəlbimdə sevgimi hiss edə bilmirəm. Çox qorxuram Allah nəzərini üzərimdən çəkər deyə. Evvelki kimi ibadet ede bilmirem. Namaz qılıram amma boş qılıram. Fikrimi verə bilmirəm. Hərdən gəlir iman qəlbimdə bir gözəllik hiss edirəm ki yenə gedir. Qorxuram imanım yox olur yavaş yavaş. Nə edə bilərəm5)Bizim üçün dua edə bilərsiz?
Cavab: 
Va aleykum Salam.
1, 3. Valideynlərinizə hikmət və gözəl əxlaqla, onların haqqına girmədən gözəl şəkildə hicabın vacibliyini və Allahın əmri olmasını başa salmağa çalışın. Həmçinin oxuyun:
2. Ən yaxın qohum olsa belə, şəriət qaydalarına zidd olan toylara, məclislərə getmək, orada iştirak etmək və oynamaq günahdır. Əgər islam qaydalarına uyğun toy və ya məclisdirsə, orada iştirak etmənizdə heç bir qəbahət yoxdur. Həmçinin oxuyun:
4. Bu, iman zəifliyinin əlamətlərindəndir. Həmçinin bu kimi məsələlərdə çox dərinə getməyin. Uca Allah Ona ibadət etməyi əmr edib. Həvəsli və ya həvəssiz bütün vacib ibadətləri yerinə yetirmək lazımdır. Əgər ibadətləri sevgisiz, həvəssiz yerinə yetirirsinizsə, imanınızı artırmağa çalışın. Namazda Allahın hüzurunda müti olmaq üçün səbəblərdən yapışın. Daha ətraflı:
5. Allaha dua edirik ki, sizə Onun sevgisini qazandıran əməlləri etməyi asanlaşdırsın və Onun qəzəbinə səbəb olan əməllərdən qorusun. Sizə xeyirli elm öyrənməyi nəsib etsin, imanınızı artırsın və din üzərində sabit etsin. Həmçinin dua edirik ki, valideynlərinizə hidayət versin və sizi birlikdə Cənnətə daxil etsin.
Teqlər: 
Paylaş: