Namaz qılıb sonra tərk edən insan bağışlana bilərmi?

    19.11.2017
Kimdən: 
Aygun
Sual: 
salam sulaim beledi ki namaz qilan bir insan daha sonra namazi buraxir yeniki qilmir o obiri dunyada cezalanacaqdir?cvblandirin xahw edirem
Cavab: 
Va aleykum Salam. Namazı tərk etmək böyük günahdır, lakin namazı tərk etmək əksər hallarda insanın düşdüyü mühitdən və imanın zəifliyindən irəli gəlir. Ona görə namaz qılan kəs imanını artıracaq və dinində sabit qalacaq səbəblərdən tutunmalıdır. Bunun üçün Allahı vaxtaşırı zikr etmək, Quran oxumaq, nafilə  namazlarını qılmaq, Cümə namazına getmək, mömin insanlarla oturub-durmaq və s. Allaha yaxınlaşdıracaq və şeytandan uzaqlaşdıracaq əməllər etmək lazımdır. Allahın itaətinə qayıdanları isə Allah bağışlayır. Uca Allah buyurur: "Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar. Ancaq Allaha tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar". (Məryəm, 59-60). Daha ətraflı: 
Teqlər: 
Paylaş: