Günahlardan təmizlənmək üçün oruc tutmaq olarmı?

    01.03.2014
Kimdən: 
Çingiz
Sual: 
Salam aleykum. Men chox gunahkar bir bendeyem. Allah kechsin gunahlarimdan. 3-cü gundur ki, subh ezanina qeder, imsak, axsham ezanindan sonra da iftar achiram oruc tuturam. Düşünurem ki, bu yolla gunahlardan uzaq olaram. Bu cur oruc tutmaq barede etrafli melumat vermeyinizi xahish edirem. Nece tutmali ve.s...? İmkan daxilində mənə bir az geniş izahlı şəkildə açıqlama verərdiz.
Cavab: 

Aleykum salam. Oruc tutmaq gözəl və bəyənilən bir əməldir. Ümumi olaraq hər bir yaxşı əməl pis əməlləri silib aparır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Günah etdikdə ardınca savab iş gör ki, onu silsin". (Tirmizi və Əhməd).
Əməllərin ən gözəli isə namazdır. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir".  (əl Ənkəbut, 45).

Namaz qılmaq haqqında bu cavabları oxuyun:
Namaz qılıb tərk edən yenidən namaza necə qayıda bilər?
Namaz qılmaq istəyirəm, amma qəlbimdə narahatçılıq var

Oruc haqqında isə bu məqalələri oxuyun:
PEYĞƏMBƏRİN ORUCU
RAMAZAN ORUCU

Paylaş: