Zöhr və Əsr namazlarını qılmamaq günahdırmı?

    19.11.2017
Sual: 
Salam.Mənim işimlə əlaqədar olaraq zöhr və əsr namazlarını qıla bilmirəm vaxtından əvvəl da qılmaq günahdır bildiyimə görə.Sadəcə sübh ,axşam və işa namazlarını qılıram.2 namazı qılmamaq günahdırmı?
Cavab: 
Va aleykum Salam. Heç bir halda fərz namazlardan biri olsa belə tərk etmək və ya qəzaya buraxmaq olmaz, çünki bu böyük günahlardan sayılır. Uca Allah buyurur: "Namazları və xüsusi ilə də (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Əsr namazını buraxan adam ailəsini və malını itirmiş kimidir". (əl-Buxari, 552).
Həmçinin demişdir: "Qiyamət günü insanın ilk soruşulacağı əməl namazdır, əgər namazları öz qaydasında olarsa, qalib gəlib nicata çatar, yox əgər öz qaydasında olmazsa, uduzub xəsarətə uğrayar". (ət-Tirmizi, 413).
Zərurət halında zöhr və əsr, yaxud məğrib və işa namazlarını birləşdirib bir yerdə qılmaq olar. Amma bu da adət halını almamalıdır. Daha ətraflı:
Paylaş: