İşdə Əsr namazını qılmağa icazə vermədiklərinə görə Zöhrlə Əsri bir vaxtda qıla bilərəmmi?

    13.12.2017
Kimdən: 
.....
Sual: 
Salam gunorta ile ikindi namazini nece birlesdirmek olar.Gunorta namazini qildiqdan sonra yene niyet edib ikindi namazini qilmaliyam mene isde ikindi namazini qilmaga icaze vermirler ancaq gunorta namazini qila bilirem .isde her gun sozlerinen qelbimi qiran műdűrun etdiyi pislikleri basqasina danismaq pis bir insan oldugunu soylemek qeybetmi sayilir gunaha batmis olurammı?
Cavab: 
Və aleykum Salam. 
1. Səfərdə olmayan insan namazları müəyyən çətin hallarda birləşdirə bilər, lakin bu adət halını almamalıdır. Daha ətraflı: Zərurətdə namazı birləşdirmək olarmı?
2. Hər namazın öz niyyəti olur. Əgər siz niyyəti dil ilə tələffüzü nəzərdə tutursunuzsa, belə etmək düz deyil. Belə ki, niyyətin yeri qəlbdir. Daha ətraflı: Niyyət etmək bidətdirmi? 
3. Çalışın dilinizi qeybətə öyrəşdirməyəsiniz. Daha ətraflı:
Paylaş: