Kişinin öz hamilə olan həyat yoldaşını döyməsi günahdırmı?

    10.01.2018
Kimdən: 
kemale
Sual: 
Salam. mən hamiləyəm. yoldasimla mübahise edende mene cox pis el qaldirir,doyur. hemise ozunu haqli gorur.bunun gunahi nedir?
Cavab: 
Və aleykum Salam. Uca Allah kişilərə müraciət edərək buyurur: "...Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun". (ən-Nisa, 19). Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) öz xanımlarına heç vaxt əl qaldırmayıb. Necə ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Rəsulullah (salləllahu aleyhi və səlləm) heç vaxt, heç kəsi əli ilə vurma­yıb. Yalnız Allah yolunda ci­hadda vurduqları istisnadır. O, nə xidmətçini, nə də qadını vurardı". (Muslim, 2328). Bundan əlavə, kişinin öz həyat yoldaşının haqqına girməsi, onu təhqir etməsi qul haqqı adlanan böyük günahdır. Bu günahı zülmə məruz qalmış insan bağışlamadıqca, Allah da bağışlamır. Çalışın ərinizə güzəştə gedin, Allah üçün səbr edin və mübahisənin böyüməsinə imkan verməyin. Kefinin yaxşı olduğu vaxtlarda ona gözəl tərzdə Allahdan qorxmağı nəsihət edin. Bir nəfər gəlib Allah Elçisinə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Ey Allahın Elçisi! Məni Cənnətə salacaq bir əməl göstər!" Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə dedi: "Qəzəblənmə, sənə Cənnət verilər!" (ət-Tabərani "Mu'cəmul-Kəbir", 1762). Daha ətraflı: 
Teqlər: 
Paylaş: