Qurana yalandan and içməyin günahını hər gecə ayətul-kursi oxumaqla yumaq olarmı?

    11.01.2018
Sual: 
Salam aleykum. Ayetul Kürsini 3 ildir ki hər gün yatanda 3 dəfə oxuyub yatıram. Amma Qurana yalandan and içmişəm. əlimi Qurana basdırıblar. Pozmuşam. Sualım odur ki, Ayetul Kürsinin savabına Allah mənim günahımı bağışlayar?
Cavab: 
Va aleykum Salam.
Yalandan and içmək böyük günahlardandır, böyük günaha görə əvvəlcə tövbə edib bağışlanma diləmək, sonra xeyirli əməlləri çoxaltmaq lazımdır.
Qurana yalnız Allahın kəlmələri kimi and içmək olar. Kitaba əl basaraq and içmək isə dinimizdə yoxdur.
Ayətul-Kürsini yatmazdan əvvəl üç dəfə yox, bir dəfə oxumaq sünnəyə uyğundur. Daha ətraflı: 
Qurana yalandan and içməyin kəffarəsi nədir?
Qurana əl basaraq and içmək olarmı?
Paylaş: