Əmi və dayının yanında hicabı açmağa dəlil nədir?

    09.02.2018
Kimdən: 
Aysel
Sual: 
Salam aleykum.Hicabli qadin dayi ve emisinin yaninda hicab baglamalidi bele deyir ekseryet amma nur suresi 31ci ayede Allah qadinlara kimlerin yaninda acmaq oldugunu buyurub.emi dayi yoxdusa demeli olarin yaninda biz acmamaliyiq mence qurani diqqetle menasin anlayaraq oxuyun yanlis fikirdi eminin dayinin yaninda acmaq quran bunu size emr etmir.Biz insanlar quranin menasini derk etmeyerek oxuyuruq.yenede cox sagolun her seye gore ama nedense inandirici mene gelmedi sizin eminin dayinin yaninda acmagi demeyiniz hansi ayedi o zaman yazin bilek nur suresi 31ci ayeye baxin qardasim
Cavab: 
Va aleykum Salam. Dayı və əminin qadın üçün məhrəm olmasına Quran və Sünnədə kifayət qədər dəlillər mövcuddur. Uca Allah buyurur: "Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir...". (ən-Nisa, 23). İbn Kəsirin təfsirində deyilir ki, əmi və dayı da bu ayədəki məhrəmlik hökümünə aiddir. Həmçinin Aişənin (Allah ondan razı olsun) hədisində gəlib ki, Əbul-Queysin qardaşı Əfləh Aişənin yanına girmək üçün ondan icazə istəyir və Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona belə deyir: "Əfləhə icazə ver, çünki o, sənin əmindir". Əbul-Queysin arvadı Aişəyə süd vermişdi". (Səhih əl-Buxari, 5103, 5239; Səhih Muslim, 1445).
Yəni, Əfləh Aişənin süd atasının qardaşı olduğu üçün onun məhrəmi (süd əmisi) idi. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) əmisi Həmzənin (Allah ondan razı olsun) qızı barədə belə demişdir: "O, mənə halal deyil, nəsil qohumluğundan nə haramdırsa, süd qohumluğundan da haramdır, o, mənim süd qardaşımın qızıdır". (Səhih əl-Buxari, 645; Səhih Muslim, 1447).
Paylaş: