Dul qadının halal zəhməti ilə övladlarını böyütməsinin fərqli savabı varmı?

    31.03.2018
Kimdən: 
Oxucu
Sual: 
Salam..selem ve namaz haqqinda sualimi cavablandirdiqiniz uchun tewekkur edirem. Qeyd etdiyim kimi.men tek anayam, dord ildir ki yoldashim.rehmete gedenden ushaqlarimi ishelyib, halal zehmetimle ozum.boyudurem..ali tehsilliyem,çox çalişiram.. bipmke isterdim ki, bun allah dergahinda bir ferqli savabi varmi. Bacardiqim qeder duzgun yaşamağa, uşaqlarimi da layiqli duzgun terbiye etmeye çalişiram.her ay olenlerimizin, peyqember, imam ve muqeddeslerimizn ruhuna her ay dua oxuduram, duzdu bashqa dini emeller elemirem.yani yaxshi birisi olmağa čalishiram, amma yene de čox četinlikle dolaniram, aileme yeteceyi qeder ruzi qazana bilmirem.. men daha ne etmeliyem.lutfen meslehet verin.
Cavab: 
Va aleykum Salam.
a) Valideynin halal zəhməti ilə övladlarına halal ruzi qazanması savabı böyük olan əməldir. Həmçinin, dul olduğuna görə qadının çətinlik çəkərək ruzi əldə etməsinin və övladlarına düzgün şəkildə tərbiyə verməsinin mükafatı daha böyükdür. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Allah yolunda xərclədiyin dinar, kölə azad etdiyin dinar, kasıba verdiyin dinar və ailən üçün xərclədiyin dinar. Bunların ən çox savab olanı ailən üçün xərclədiyin dinardır". (Muslim, 2/692, №: 995).
Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: "...Baxmaq məcburiyyətində olduğundan başla! Ən xeyirli sədəqə ailənə (baxmaq məcburiyyətində olduqlarına) ayrılan sədəqədir. Əl açmaqdan (dilənməkdən) çəkinən kimsəni Allah başqalarına möhtac etməz". (əl-Buxari "Zəkat", 18).
Habelə demişdir: "Üç qızı olan kimsə qızlarına qarşı səbirli olarsa, onları imkanı daxilində yedirdib-içirdər və geyindirərsə, Qiyamət günü qızları Cəhənnəmlə onun arasında pərdə olarlar". (İbn Məcəh, 3669).
Hədislərdən göründüyü kimi ailə üçün sərf edilən hər bir şey insana sədəqə savabı qazandırır. Həmçinin oxuyun:
Övladın valideyn üzərində haqları barədə
Ruzinin artması üçün nə etməliyik?

b) Həmçinin, dini düzgün yaşamaq vəfat etmiş insanlar üçün Quran oxutdurmaq yox, Allaha şərik qoşmamaq, Allah rizası üçün namaz qılmaq, oruc tutmaq və s. ibadətləri yerinə yetirməklə olur. Həmçinin oxuyun:
Quranı oxuyub ölüyə tapşırmaq olarmı?
Namaz qılmayıb digər yaxşı əməllərə görə cənnətə girmək olarmı?

Teqlər: 
Paylaş: