Cənabət və heyz halında hansına görə qüsl alınır?

    05.03.2014
Sual: 
Salam aleykum. Chox üzr istəyirəm, cənabət və heyz qüslu olan, deyilənə görə, təkcə cənabət qüslu ala bilər? 2)Cənabət qüslundan sonra dəstəmaza ehtiyac yoxdur. Bunlar doğrudurmu?
Cavab: 

Aleykum salam. Bu halda yalnız heyz qüslu almaq kifayətdir. Heyz qüsulunun cənabət (cinsi əlaqədən sonra) qüslundan fərqi odur ki, saçlar tam islanmalı və hörüklər varsa, açılaraq yuyulmalıdır. Cənabət qüslunda isə saç tam islanmasa da, başa üç dəfə su tökmək kifayətdir. Qüsl alandan sonra dəstəmaz almağa ehtiyac yoxdur, çünki qüsl dəstəmazı əvəz edir. Daha ətraflı: Qadınlar qüsl alanda saçlar nə dərəcədə islanmalıdır?

Paylaş: