Vaxtı ilə namaz qılmışam...

    05.03.2014
Sual: 
Salam aleykum. Hicab baglayib, enli paltar geyinib, diger gunahlardan ve haramlardan uzaq olmaga chalishiram. Amma namaz qilmamaq olarmi?Yoxsa hicabli mutleq namaz qilmalidi? Imanim var. Her gun agliyiram gunahlarima gore . Mene chetin olacaq o biri dunyada bilirem. Namaz qilmishdim. Bir muddet sonra namaz meni terk etdi. Indi ramazan ayinda oruc tutarken namaz qiliram. Gundelik yox. Chox isterdim ki, qilim, amma nedense qorxub chekinirem. Belkede sheytanin vesvesesidir bu, bilmirem.
Cavab: 

Aleykum salam. Hicab və namaz, hər ikisi də Uca Allahın əmridir. Müsəlman qadın həm hicab bağlamalı həm də namaz qılmalıdır. Bilin ki, namaz heç bir insanı tərk etmir. Bu yanlış fikirdir. İnsanlar fərqli olduqları kimi imanda da fərqlidirlər. Bəzi insanlar namaza gəldikdə başlarına nə iş gəlsə də, namazlarını tərk etmirlər. Belə ki, hədislərin birində Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər bir əməldə həvəsin gəldiyi və getdiyi anların olduğunu və bu halda əməllərini qoruyanın nicat tapacağını söyləmişdir. Uca Allah Qurani Kərimin bir çox ayələrində tövbə edərək Onun itaətinə qayıdanlara bağışlanma və Cənnəti vəd edir. Siz artıq əvvəllər namaz qılmısınız, ona görə də sizin namaza qayıtmağınız daha asan olmalıdır və Uca Allahın sizi qarşılayaraq bağışlamağı da həmçinin. Çünki siz əvvəllər Ona ibadət etmisiniz. Sadəcə olaraq bu problemlərlə qarşılaşanlar demək olar ki, hamısını şeytan Uca Allah barəsində pis fikirlər gətirərək aldatmağa çalışır. Şeytan günahlara batan və ibadətdə nöqsanlara yol verən insanlara günahlarını şişirdərək güya Uca Allahın onlara qəzəbi tutduğunu, qəlblərinə möhür vurduğunu, namazın onları tərk etdiyini vəsvəsə edir. Ona görə ümidsizliyə qapanıb şeytana aldanmayın! Allah Elçisinin (salləllahu aleyhi və səlləm) demişdir: "İblis Rəbbinə dedi: "İzzətinə və Ucalığına and olsun! Nə qədər ki, Adəm övladlarının ruhları bədənlərin­dədir, mən onları azdırmaqdan əl çəkməyə­cəyəm". Allah buyur­du: “İzzətimə və Ucalığıma and olsun! Nə qədər ki, onlar Məndən bağışlanma diləyəcək, Mən onları bağışlayaca­ğam!" (İmam Əhməd, 11240). Həmçinin oxuyun:
Namaz qılıb tərk edən yenidən namaza necə qayıda bilər?
Namaz qılmaq istəyirəm, amma qəlbimdə narahatçılıq var
Namaz ən fəzilətli ibadətdir
 

Paylaş: