Valideynlərim tərəfindən asiliyə məcbur edildiyimə görə günah qazanırammı?

    10.04.2018
Sual: 
SALAM .mən artıq 5 ildirki musiqi məktəbinə gedir və kamança ilə məşğul oluram.və bilirəmki islamda musiqi haramdır.onuda deyimki mən musiqiyə öz razılığımla getmir,valideynlərim tərəfindən məcbur olunuram. çıxmaq üçün etdiyim cəhdlərdə baş tutmadı.bu mənim üçün günah sayılırmı.və sayılırsa bağışlanmağı üçün nə edə bilərəm. cavabınıza görə sizə indidən təşəkkür edirəm.
Cavab: 

Və aleykum Salam. İnsan məcburiyyət qarşısında etdiyi əmələ görə günah qazanmır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).
Hər bir halda Allahdan yardım diləyərək bacardığınız qədər haramlardan çəkinməyə çalışın. Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə...!" (əl-Bəqərə, 286). Həmçinin oxuyun:
Musiqiyə qulaq asmaq, oxumaq və rəqs etmək olarmı?
Bir insanı günahdan necə çəkindirmək olar?
Cahilləri islama necə dəvət etmək olar?

Dualarımın qəbul olması üçün nə edim?

Paylaş: