Əgər qədərdə günah etmək əvvəlcədən yazılıbsa, insanın buna görə təqsiri nədir?

    10.04.2018
Kimdən: 
Abdul Rahman
Sual: 
Salam aleykum. Bildiyimə görə insanın həyatı artıq ana bətnində yazılır və şübhəsiz ki Allaha məlumdur. O cümlədən ölüm anı və ölüm səbəbi və s. Əgər belədirsə ana bətnində 1 insanın məsələn 22 yaşında narkomaniya səbəbi ilə dünyasını dəyişməsi yazılıbsa, burda onun günahı nədir? Və y digər səbəblə müsəlman olmadığı halda dünyasını dəyişməsi yazılıbsa və ya hansısa günah üzündən günah içində ola ola dünyasını dəyişməyi yazılıbsa onun nə günahı var? Axı o Allahın qoyduğunu dəyişdirə bilməz. Əgər səhv məlumatım varsa xaiş edirəm doğrusunu başa salın. Allah razı olsun
Cavab: 

Va aleykum Salam. Uca Allah hər şeyi biləndir. O hər bir şeyin qədərini öz dərgahındakı kitabda - "Lövhi-Məhfuz"da yazmışdır. Bununla yanaşı insana iradə və seçim azadlığı vermişdir. Bəzi insanlar öz günah əməllərinə qədəri bəhanə gətirirlər. Bu səhvdir, çünki insan əməllərini özü müstəqil olaraq edir və buna görə məsuliyyəti yalnız özü daşıyır. Uca Allah heç kəsi məcbur etmir. Əgər belə olsaydı, peyğəmbərlərin gəlməsi, ilahi kitabların nazil olması və Qiyamət günü sorğu-sual olunma heç bir məna kəsb etməzdi və bu, ədalətsizlik sayılardı. Daha ətraflı:
Qədəri bəhanə gətirənlərə cavab
Qədərə iman
İnsanların seçimi və iradəsi varmı?

Teqlər: 
Paylaş: