Bir dəfə namaz qılmaq günahdırmı?

    15.05.2018
Kimdən: 
yasemen
Sual: 
Bir defe namaz qilmag gunahdimi
Cavab: 
Salam aleykum. Namaz qılmaq savabı ən çox olan əməllərdəndir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ən fəzilətli əməlin hansı əməl olduğunu soruşan səhabəyə buyurmuşdur: "Vaxtında (vaxtının başlanğıcında) qılınan namazdır". (əl-Buxari, "Məvaqit", 162). Bir dəfə də olsa namaz qılmaq sizi Allaha yaxınlaşdırır. "Mən bir səhabənin Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) belə rəvayət etdiyini eşitdim: "Uca Allah buyurur: "Ey Adəm oğlu! Mənə doğru ayağa qalx, Mən də sənə doğru yeriyərək gəlim. Mənə doğru yeriyərək gəl, Mən də sənə doğru yüyürərək gəlim". (İmam Əhməd, 15360, 15967, 16346; "Səhihul-Camius-Sağir", №: 4340; "Silsilətul-Əhadisis-Sahihə", №: 2287). 

Amma heç namaz qılmamaq və ya qılıb sonra tərk etmək isə, ən böyük günahlardandır. Ona görə də, namaz qılmağı öyrənərək tezliklə davamlı şəkildə qılmağa başlayın. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).
"Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar - günahkarlar barəsində. Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik..."(əl-Muddəssir, 40-43). Həmçinin oxuyun:
Namaz ən fəzilətli ibadətdir!

Teqlər: 
Paylaş: