Namaz qılmadığım halda bir dəfə namaz qılmaq üçün məscidə getməyim günah sayılarmı?

    30.04.2018
Kimdən: 
yasemen
Sual: 
Men hec namaz qilmiram mecide bir defe qilmag isdeyirem gunah olarmi??
Cavab: 

Salam aleykum. Namazı daima qılanlardan olmasanız da, məscidə gedib namaz qılmağınız sizə günah yox, əksinə savab qazandırar və sizi Allaha yaxınlaşdırar. Rəvayət edilir ki, Şureyh (Allah ondan razı olsun) demişdir: "Mən bir səhabənin Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) belə rəvayət etdiyini eşitdim: "Uca Allah buyurur: "Ey Adəm oğlu! Mənə doğru ayağa qalx, Mən də sənə doğru yeriyərək gəlim. Mənə doğru yeriyərək gəl, Mən də sənə doğru yüyürərək gəlim". (İmam Əhməd, 15360, 15967, 16346; "Səhihul-Camius-Sağir", №: 4340; "Silsilətul-Əhadisis-Sahihə", №: 2287). Daha ətraflı:
Məscidə getməyin savabı
Namaz ən fəzilətli ibadətdir!

Teqlər: 
Paylaş: