Oğlan evi gəlinin qızıllarını alıb qaytarmaması nə dərəcədə günahdır?

    16.11.2018
Kimdən: 
Adsız
Sual: 
Kisi qadinina bosandim ve ya buna uygun nese dedikden sonra kebin pozulursa qadinin 3 defe heyz hali bas vermemisden barisirlarsa kebin berpa olur? Eger toydan sonra qadindan qizillari alinib  1muddetdik meqsediyle alib qaytarariq deyilirse ver geri qaytarilmayib satdiriirsa onun gunahi ne qederdir Eger qadinin evlendiyi sexsin ailesi evlenmemmosden çoxlu borcu varsa bu aileye gelen teze geline aittdirmi bu borclarin gunahi? Ve birde geline nisye paı paıtar goturulub odenmeyibse erinin ailesi terfinden kimdi gunahkar? Xatirladimki gekin islemir ve bubu odemeye gucu yox Namaz qilib araqa 2 3 il fasile edib qeza etdukde qezasini qilmaq mumkundurmu???
Cavab: 
Salam aleykum.
1. Qeyd etdiyiniz halda kəbin bərpa olmuş sayılır. Daha ətraflı:
2. Əgər həmin zinət əşyaları mehr kimi verilibsə, bu, qadının toxunulmaz şəxsi malıdır və onları qadından geri almağa heç kimin haqqı yoxdur. Şəriətdə nigah bağlayarkən qadına verilən mehrin buyurulması qadının hüquqlarını qoruyur. Heç kəsin, istər valideynin, istərsə də ərin qadının icazəsi olmadan onun mehrindən nəsə götürməyə haqqı yoxdur. Adət-ənənəmizə əsasən ailə qurduqda zinət əşyaları qadına mehr qismində verilir. Uca Allah buyurur: "Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, heç bir şey geri almayın! Məgər verdiyinizi böhtan atmaq və açıq-aşkar günah işlətməkləmi geri alacaqsınız?" (ən-Nisa, 20). 
Əgər qadın həmin qızılları qarşı tərəfə etibar edərək qaytarmaq şərtilə verərsə, bu, qarşı tərəf üçün borc sayılır. Ona görə də insan Allahdan qorxmalı və ona verilən əmanətə xəyanət etməməlidir. Uca Allah buyurur: "...Əgər sizlərdən biri digərinə etibar edibsə, qoy etibar olunmuş kimsə ona verilmiş borcu qaytarsın və Rəbbi olan Allahdan qorxsun..." (əl-Bəqərə, 283).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Səni əmin bilənə əmanət etdiyi şeyi geri ver. Sənə xainlik edənə sən xainlik etmə". (Əbu Davud "İcarə", 79). Daha ətraflı:
3. Əgər qadın borcu olan bir ailəyə gəlin gəlirsə və ailə borcu qaytara bilmirsə, bunun gəlinə aidiyyatı yoxdur. Həmçinin, ailə gəlin üçün nisyə olaraq aldığı əşyaların pulunu ödəmədikdə gəlin buna görə məsuliyyət daşımır.
4. Namazları qəsdən buraxmaq və ya ümumiyyətlə, namaz qılmamaq isə böyük günahdır. Tərk etdiyiniz namazların qəzasını qılmağa ehtiyac yoxdur. Buna görə tövbə etmək, namazları bir daha buraxmamaq və Allahdan bağışlanma diləmək lazımdır. Daha ətraflı:
 
 
 
Paylaş: