Namazdan sonra zikrləri deməməyin namaza təsiri varmı?

    13.12.2018
Sual: 
Salam Namazda sonra 33 defe edilen zikirler vacibdirmi muyyen meqamlarda vaxt darliginda demesek namaza tesiri olarmi? 2)birde namazda bir uzvu yumadigi yadina duwse tekrar qilmalidrmi namaz destemaz alib ?3) birde destemazda bir uzu 3 defe yuyub qollari 2 defe ya 1 defe yusaq olarmi yoxsa 2 defe yuyulubsa o biri lerde 2 defe yuyulmalidirmi?
Cavab: 
Və aleykum Salam.
1. Fərz namazlarından sonra səhih hədislərdə qeyd edilən zikrləri etmək vacib sayılmır və bu zikləri etməmək namazı batil etmir. Zikr etməmək günah olmasa da, insanı əlavə savab qazanmaqdan məhrum edir. Daha ətraflı: Namazdan sonra hansı zikrlər edilir və onlar vacib sayılırmı?
3. Dəstəmaz alarkən əzaları 1, 2 və ya 3 dəfə eyni sayda və ya hərəsini fərqli sayda yuya bilərsiniz. Daha ətraflı:
Dəstəmaz alarkən əzaları neçə dəfə yumaq lazımdır?
Dəstəmaz almaq qaydası
Paylaş: