Ailəmizin üstündə kiminsə ağır nəfsi qalıb, bunun üçün kəbini pozub yenidən kəsdirməliyikmi?

    23.01.2019
Kimdən: 
Gunay
Sual: 
Salam.1)Mueyyen sebeblere gore kebini pozdurmaq ve yeniden kesdirmek ucun ne etmek lazimdir?2)6ildi aileliyik saqlam usaqmiz olmur.evlendikden sonra yoldasim isden cixdi o gunden bir isi alinmir il ilden pis gelir buna sebeb kebin kesenin aqir nefsi ustumuzde qalib deye kebin yeniden kesilmelidi.bunun ucun ne edek?3-cu sualim budurki menim 31yashim.var indiyeqeder allahdan ne isteyirem eksin edir neqeder dua etsemde yalvarsamda istediymi vermir.evveller namaz qilirdim aile qurandan sonra alinmadi indide 9ay olar oqlum doquldu 7-gun sonra allah aldi elimden.namaz qilmaq icimden gelmir sadece ozmu mecbur edirem cunki hecne isteye bilmirem allahdan artiq.mene etrafli melumat versez sevinerdim
Cavab: 

Və aleykum Salam. İşlərinizin pis getməsi, kiminsə sizə paxıllığı tutması, duaların qəbul olmaması və s. səbəblərə görə kəbini pozub yenidən kəbin kəsdirmək fikri səhvdir. Paxıllıqdan, gözdəymə və cadudan qorunmaq üçün Peyğəmbərimiz (Allahın Ona salavatı və salamı olsun) bizə yollar bildirmişdir. Bunun üçün namaz qılmaq, günahlardan çəkinmək, səhər-axşam, namazlardan sonra, yatmazdan qabaq və digər hallarda Allahı çox zikr etmək, evdə Qurani-kərimi səsləndirərək qulaq asmaq, İxlas, Fələq, Nas surələrini, Ayətul-kürsini və digər zikrləri və duaları oxumaq lazımdır. Daha ətraflı: Cadudan necə qorunmaq olar? 
Duaların qəbul olmamasının səbəblərindən biri günahlardır, namaz qılmamaq isə ən böyük günahlardandır. Ona görə də tezliklə namaz qılmağa başlayın, Allahın əmrlərini yerinə yetirin və günahlardan çəkinin ki, dualarınız qəbul olunsun. Həmçinin dualarınızda israrlı olun, tez ruhdan düşməyin. Daha ətraflı: Dualarım qəbul olmur, nə edim? 
Övladınızın öldüyü üçün Allahdan sizə səbr, Cənnətdə ona təkrar qovuşmağınızı və tezliklə sizə xeyirli övladlar verməsini diləyirik. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Uca Allah buyurur: "Mən mömin qulumun sevdiyi yaxın adamının canını alsam, sonra o buna (səbir edib axirətdə əvəzini alaca­ğına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar”. (Səhih əl-Buxari, 5944).
Siz Allah haqqında gözəl zənndə olun, başınıza gələn müsibətlərə görə Allaha üsyan etməyin, onun təqdirinə şükr edin ki, bütün bunların əvəzində günahlarınızı bağışlasın və axirətdə dərəcələrinizi yüksəltsin. Allah Elçisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mükafatın böyüklüyü bəlanın böyüklüyünə görədir. Həqiqətən, Allah bir qövmü sevərsə, onlara bəla verməklə imtahan edər. Kim razı olarsa, Allahın razılığını qazanar. Kim qəzəblənərsə, Allah da ona qəzəblənər". (ət-Tirmizi, 2396). Həmçinin oxuyun:
Səbir edənlərə müjdə ver!
Ruzinin artması üçün nə etməliyik?

Teqlər: 
Paylaş: