Arvadı hicab bağlamayan kişi dəyyus sayılırmı?

    28.04.2019
Sual: 
As'Salamu Aleykum, zovcesi hicabsiz olan kes deyyus sayilir mi? Umumiyyetle deyyus kimlerdir?
Cavab: 

Və aleykum Salam. Ağlı başında olan və həddi-büluğa çatmış müsəlman qadının hicab bağlamaması böyük günah olsa da, bu, həmin qadının atası, qardaşı və ya ərinin dəyyus olması demək deyil, çünki dəyyus ailəsinin qeyrətini çəkməyib, onların qayğısına qalmayan bir kəsə deyilir. Buna baxmayaraq, istənilən halda müsəlman kişi himayəsində olan qadının Allaha asiliyə aparan əməllərdən çəkinməsinə və Uca Allahın əmrlərinə itaət etməsinə çalışmalıdır və buna görə məsuliyyət daşıyır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət-Təhrim, 6).
Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisidir) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (Səhih əl-Buxari, 2554; Səhih Muslim, 1829). Həmçinin oxuyun:
"Dəyyus" nə deməkdir?
Hicab - azadlıqdır!
Haqq yola dəvət necə olmalıdır?

Teqlər: 
Paylaş: