Namazı bitirdikdən sonra üzərində nəcasət olduğunu görən nə etməlidir?

    10.08.2019
Kimdən: 
Xedice
Sual: 
salam a;eykum. men namazi bitiren kimi ayaqyoluna getdim ve axintinin movcud oldugunu gordum. tekrar namaz qilmalioyammi? namaz esnasinda bilmemisem hiss etmemisem.Allah razi olsun
Cavab: 

Və aleykum Salam. Kim üzərində nəcasət olduğunu bilmədiyi halda və ya üzərində nəcasətin olduğunu unudaraq namaz qılarsa, namazı düzgündür və namazı yenidən qılmağa ehtiyac yoxdur. Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!..." (əl-Bəqərə, 286).

Lakin, namaz əsnasında üzərində nəcasət olduğunu bilsə, bunun iki çıxış yolu vardır. Birincisi, əgər üzərində nəcis olan paltarın çıxardılması ilə namaza xələl gəlmirsə, onları çıxartmaqla nəcasəti özündən uzaqlaşdırsın. Məsələn, əgər nəcasət ayaqqabıda, yaxud paltardadırsa və əynində həmin paltardan əlavə övrətini örtən digər paltar varsa, onda nəcasət dəymiş paltarı çıxarmaq və namaza davam etmək lazımdır. Yox, əgər nəcasəti təmizləmək və ya paltarı çıxarmaq mümkün deyilsə, o halda namazdan çıxıb nəcasəti təmizləmək və ya nəcasət olan paltarı çıxarmaq sonra namazı yenidən qılmaq lazımdır. Əgər nəcasəti namazdan sonra görərsə, bu halda namazı doğrudur və bu namazı yenidən qılmağa ehtiyac yoxdur. Əbu Səidin hədisində deyilir ki, Peyğəmbər namaz qılarkən ayaqqabılarını çıxarır. Bunu görən camaat da ayaqqabılarını çıxarırlar. Peyğəmbər namazı bitirdikdən sonra: "Ayaqqabılarınızı nə üçün çıxardınız? - deyə onlardan soruşur. Onlar isə deyirlər: "Sən çıxardın deyə biz də çıxardıq. Peyğəmbər dedi: "Cəbrayıl mənim yanıma gəldi və ayaqqabılarımın murdar olduğunu dedi. Ona görə məscidə gələrkən ayaqqabınızı çevirib altına baxın. Əgər orada murdar bir şey görsəniz ayaqqabınızı yerə sürtün və yalnız bundan sonra ayaqqabı ilə namaz qılın!" (Əbu Davud, №: 605, 636).

Qadın daimi axıntı gəldiyi halda namazlarına davam edə bilərmi?

Namazdan sonra şəhvətsiz nəmlik olarsa, namaz batildirmi?

Paylaş: