Hansı namazın savabı həcc ziyarətinin savabına bərabərdir?

    06.05.2019
Kimdən: 
Nala
Sual: 
Allahin Salami ve bereketi her birininizin uzerine olsun! Size adini bilmediyim nafile namazi hagginda sualim var. Eshitdiyime gore seher namazindan sonra ele bir namaz var ki o namazi ardicil shekilde gilanda peygemberimiz SAVS la birlikde Hacc ziyareti etmeyi geder savabi olur. Bu namaz barasinde etrafli melumat vermeyinizi sizden xahish edirem. . Allah razi olsun!
Cavab: 
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Qeyd etdiyiniz namaz sübh namazını qıldıqdan sonra həmin yerdə oturaraq günün çıxmasını gözləyib, sonra qılınan Duha namazıdır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) səhər (sübh) namazını qıldıqdan sonra günəş doğana qədər namaz qıldığı yerdə oturardı. (Səhih Muslim). Həmçinin, Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Rəsulullah (Allahın ona və ailəsinə salavatı və salam olsun) belə demişdir: "Kim səhər namazını camaatla birlikdə qılıb, sonra günəş doğana qədər oturub Allahı zikr edər, sonra da iki rükət namaz qılarsa, bu onun üçün bütöv və əksiksiz olaraq bir həcc və ümrə mükafatı kimi olar". (Səhih Sunən ət-Tirmizi, №: 586; İhya, 1/336; əl-Albani hədisi həsən olaraq təsnif etmişdir). Daha ətraflı:
Teqlər: 
Paylaş: