Orucluq vaxtı oxunan xüsusi dualar varmı?

    05.08.2019
Kimdən: 
Elnare
Sual: 
Salam.Zehmet deyilse Orucluq vaxti oxunan dualari qeyid ederdiz birde vaxtlari.
Cavab: 

Və aleykum Salam. Oruc tutarkən iftar zamanı oxunan dualar vardır. Peyğəmbərimiz iftar edərkən belə dua edərdi: "Allahummə ləkə sumtu və bikə əməntu və aləykə təvəkkəltu və alə rizqikə əftartu. - Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım və Sənə güvəndim. Sənin verdiyin ruzi ilə də orucumu açıram". (Əbu Davud "Sovm", 22).

Peyğəmbər camaatla birlikdə iftar edəndə isə belə deyirdi: "Allahummə ləkə sumnə və alə rizqikə əftarna fətəqabbəl minnə innəkə əntəs-səmiul-alim. - Allahım! Sənin rizan üçün oruc tutduq və verdiyin ruzi ilə orucumuzu açdıq. (Orucumuzu) qəbul et! Sözsüz ki, Sən hər şeyi eşidən və bilənsən". (əd-Darəqutni "Sunən", 2/185).

Abdullah ibn Amr (Allah ondan razı olsun) iftar vaxtında belə dua edərdi: "Allahummə inni əs'əlukə bi rahmətikəlləti vəsiat kullə şey'in ən təğfira li. - Allahım! Mən, Səndən hər şeyi əhatə edən rəhmətin səbəbiylə məni bağışlamanı istəyirəm". (İbn Məcəh "Siyam", 48).  "Ramazanın filanıncı gününün duası" adı ilə Ramazanın hər günü üçün xüsusi dualar oxumaq isə dinə sonradan gətirilən yeniliklərdəndir. Həmçinin oxuyun: 

Ramazan ayının orucu

Teqlər: 
Paylaş: