Namazı valideynimdən gizlədərək necə qılım?

    03.12.2019
Kimdən: 
Silməyin Allahın çarəsiz qulu
Sual: 
Salam mən namaz qılmaq istəyirəm ama ailəmdən gizli bilsələr qoymuyacaqlar namaz qılmaği bilmirəm mən necə öyrənə bilərəm sayitdaki qaydani izləyə bilmirem menə komək edin necə öyrənim?ətrafimda öyredəcək yoxdu birdə mən qilanda ailəmdən kimsə çağirsa ya qildğim otağa girsə ne edim?atamnın bilməsini hec istəmirəm qoymaz mən məsəlen namaz vaxti atam mənden is tələb etsə nə edim?mən onlara komək edirem ama namaz qilmaq istəyirem nə edim?birde men spermanın nə oldugunu secə bilmirəm sayitda oxudum ama anlamadim nə edim?heyz olanda hansi qüsul alnir kamil vacib?mende heyz gah olur gah aylarla olmur olmuyan vaxtlarda namaz qilaq olar?xais edirəm ən xırda detalariyla mənə başa salın çətinlikçəkire
Cavab: 
Və aleykum Salam. Namaz qılmaq üçün Namaz məqaləsini oxuyub öyrənə bilərsiniz. Həmçinin, namazın sözlərini öyrənənə qədər bu sözləri bir vərəqə çap etdirib əlinizdə tutmaqla üzündən də oxuya bilərsiniz. Namaz qılmamaq böyük günahdır, günah işlərdə isə başqalarına itaət etmək olmaz. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Uca Allaha asilik olan əməllərdə, valideynlər olsa belə məxluqa itaət etməyi qadağan edərək demişdir: "Xaliqə (Yaradana) asi olmaqda məxluqata (yaradılmışlara) itaət etmək olmaz". (İmam Əhməd "Musnəd" əsəri, 1095). Həmçinin, demişdir: "Allaha asi olmaqda heç kimə itaət edilməz, itaət yalnız yaxşı şeylərdədir". (Səhih əl-Buxari, 6830, 7257; Səhih Muslim, 1840).
Namaz Allahın haqqıdır. Bir insanın övladlarının namaz qılmasına mane olması, sözsüz ki, böyük günahdır. Gizlində olsa da, namaz qılmağa çalışın, əgər namaz vaxtı valideyniniz sizdən bir iş tələb etsə, boş vaxtınız olan kimi namaz qıla bilərsiniz. Həmçinin oxuyun: Namaz qılmaq üçün valideyndən icazə almaq vacibdirmi?
Sperma (məni) şəhvətlə boşalma nəticəsində axan mayedir. Bu maye ifraz olduqda qüsl almaq vacib olur. Abdullah ibn Abbas  (Allah ondan razı olsun) demişdir: "Məni (sperma), məzi və vədinin hökmü belədir: Məni ifraz olunduqda qüsl alınır. Məzi və vədi ifraz olunduqda isə cinsiyyət orqanını yu və namaz üçün aldığın dəstəmazı al!" (Əbu Davud, 190; əl-Beyhaqi, 1/115). Həmçinin oxuyun:
Heyz halında namaz qılmaq olmaz. Qadın namazı yalnız heyzdən təmizləndikdən sonra qüsl alıb qılmalıdır. Qüsl almaq üçün "bismilləh" deyib əlləri yumaq, sonra cinsiyyət üzvünü yumaq, sonra dəstəmaz almaq lazımdır. Sonra üç dəfə başa su töküb əl ilə suyu saçların dibinə çatdırmaq, sonra bədənin qalan yerini üç dəfə yumaq, sonra isə ayaqları yumaq lazımdır. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) aldığı şəkildə qüsl almaq budur. Aişə (Allah ondan razı olsun) rəvayət edir: "Peyğəmbər cənabət qüslü etdikdə əllərini yudu. Sonra sağ əli ilə sol əlinin üzərinə su töküb övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra üç dəfə başına su töküb əlləri ilə onu saçlarının dibinə çatdırdı. Sonra bədəninin qalan yerini yudu. Sonra isə ayaqlarını yudu". (Hədis səhihdir).
Heyz olduğunuz günlərdə namaz qılmayın. Heyz qanı dayandıqdan sonra qüsl alın və namaza başlayın. Daha ətraflı: Heyz halında namaz qılmaq olarmı?
Qüsl almağa su tapmadıqda və ya imkan olmadıqda isə torpaq ilə təyəmmüm edə bilərsiniz. Su tapılana və ya imkan olana, yaxud mövcud problem aradan qalxana qədər təyəmmüm etmək qüslu əvəz edir. Daha ətarflı: Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
 
Teqlər: 
Paylaş: