Dönərxana işlədən adamın qazancı haladırmı?

    17.12.2019
Sual: 
Salam Aleykum.Dönerxana obyekti işleden adamin qazandigi pul haramdirmi??Yeni ora getirilen toyuq etlerinin menbeyin bilmir..Amma halal adla satilir..Orda qazanilan pul haramdir yoxsa halal??Zehmet olmasa cvblandirarsizda
Cavab: 

Və aleykum Salam. Ümumən dönərxana işlətmək və ya orada ruzi qazanmaq haram deyil. Dönərxanaya gətirilən ət məhsullarının üzərində "halal" yazılmış toyuq, kolbasa və satışda olan digər ət məhsulların hazırlanmasına dövlət tərəfindən nəzarət olunur və onları alıb yemək olar. Hər hansı bir qidaya "bu, halaldır" və "bu, haramdır" demək Allahın adından hökm verməkdir və bunun üçün açıq-aydın dəlil olmalıdır. Uca Allah buyurur: "Dilinizin uydurduğu yalana əsasən: "Bu halaldır, o haramdır!"– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar". (ən-Nəhl, 116).
"De: "Allahın sizə nazil etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız". De: "Allahmı sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?" Allaha qarşı yalan uyduranların Qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükür etmir". (Yunus, 60).

Odur ki, haramlığına dair barəsində dəqiq məlumat və qəti şəriət dəlilləri olmadıqca, müsəlmanların halal ətdən hazırladığı dönər, ətli qutab, peraşki və digər qidaların hamısı halal sayılır. Əgər hansısa satıcı yalandan ətin halal olduğunu deyirsə, bu halda günah sizə yox, ona yazılır. Həmçinin, şəriətə əsasən, yediyimiz ətin kəsilməsi zamanı "bismilləh" deyildiyini bilmiriksə, bu zaman yaşadığımız ölkədə ümumən ətin "bismilləh" deyilərək kəsildiyinə baxırıq. Əgər belədirsə, onda yemək olar. Həmçinin oxuyun:
Hansı ət məhsulları halal sayılır?
Üzərində "bismilləh" deyilmədən kəsilən heyvanların ətlərini yemək olarmı?
"Bismilləh" deyilmədən kəsilən ətləri "bismilləh" deyib yemək olarmı?
Üzərində "halal" yazılan sosiskanın tərkibində donuz ətinin olduğunu eşitdiyimə görə ondan çəkinməliyəmmi?

 

Teqlər: 
Paylaş: