Şeytandan necə qorunmaq olar?

    03.07.2019
Kimdən: 
Namazali
Sual: 
Salamun Eleykum seytandan nece qoruna bilerik evvelceden tesekkur eliyirem
Cavab: 
Va aleykum salam. Şeytandan qorunmağın yeganə yolu Allaha sığınmaq, Allahdan yardım diləmək, ibadət etmək və Allahı çox zikr etməkdir. Uca Allah Quranda bizə bildirir ki, şeytan bizim düşmənimizdir və onu yalnız Allaha pənah aparmaqla məğlub etmək olar. Uca Allah bu xüsusda buyurur: "Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər. Şeytanlar öz qardaşlarında azğınlığı artırarlar. Sonra da onlardan əl çəkməzlər" (əl-Əraf, 200-202). Şeytandan qorunmaq üçün Quranda bir çox ayələr və surələr var. Bu ayələri və surələri oxumaqla şeytandan qorunmaq olar. Məsələn, Ayətul-Kursi (əl-Bəqərə surəsinin 255-ci ayəsi), İxlas, əl-Fələq və ən-Nəs surələri. Həmçinin, əl-Bəqərə sursinin son iki ayəsi (285-286-cı ayələr). Həmçinin, hədislərdə bir çox dualar sabitdir. Həmçinin oxuyun:
Şeytanı və onun vəsvəsələrini uzaqlaşdıran dua
Uşaqları şeytanın şərrindən qorumaq üçün oxunan dua
Səhər və axşam zikrləri

Teqlər: 
Paylaş: