Səfərdə ikən Cümə namazı ilə Zöhr namazını cəm etmək olarmı?

    03.09.2019
Kimdən: 
Saleh
Sual: 
asSalamu Alekum və Rəhmətullahi və Bərəkətuh dəyərli qardaşlar. Allah Sizdən razı olsun. Sizin sayənizdə elmimizi günü gündən artırırıq. Bir neçə sualım olacaq Allahın izni ilə. 1.Cümə namazı ilə Əsr namazaını birləşdirmək bidətdir? Məsələn səfərə gedirsən Cüməni qılıb dalıyca əsri. 2.Cümə namazı Zöhrdən əvvəl, duha vaxtı qılına bilər? 3.Quslun dəstəmazı əvəz etməsinin dəlili nədir? Bəzi əhlə sünnə qardaşlar var, deyir ki qusldan sonra dəstəmazda alınır.Bir də eşitmişəm ki, bir qusl digər qusulları əvəz etmir.Əgər insan həm heyz həmdə cənabətlidirsə iki qusl alır səbəb isə bunlar ayrı ayrı ibatəd növləridir. Öncədən təşəkkür edirəm. Assalamun alekum.
Cavab: 

Va aleykum salam və rahmətullahi və bərakətuhu.

1) Zərurət halında Cümə ilə Əsr namazını birləşdirmək olar və bu, bidət sayılmır. Çünki Cümə namazı Zöhr namazını əvəz edir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səfərdə olarkən Zöhr ilə Əsri birləşdirməyi icazə vermişdir. Belə ki, müsafir Cümə namazını qıldıqdan sonra Əsr namazını vaxtında qılmağa imkan tapmayacağını (məsələn, Cümədən sonra təyyarəyə minib Məğrib namazının vaxtında eniş edəcəyini) bildiyi halda Cümədən sonra Əsr namazını qıla bilər. Əgər Əsr namazını vaxtında qılmağa imkan varsa, onda yaxşı olar ki, Əsr namazını öz vaxtında qılsın.


2) Cümə namazı Zöhrdən əvvəl Duha vaxtı da qılına bilər. Bu barədə oxuyun:


3) Qayda olaraq alimlər qeyd etmişlər ki, əgər insan cənabət, heyz, nifas kimi vacib qüsl alarsa, bu qüsl dəstəmazı əvəz edir. Çünki bu qüsl ilə böyük hədəs (namaza mane olan səbəb) aradan qaldırılır. Böyük hədəs aradan qalxdıqda isə kiçik hədəs (dəstəmazı pozan amillər) də aradan qalxır. Əgər insan cümə, bayram qüslları kimi vacib olmayan qüslu yerinə yetirərsə, bu qüsllar dəstəmazı əvəz etmir və bu qüsllardan sonra mütləq dəstəmaz almaq lazımdır. Dəlil isə Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu hədisidir: "Əməllər niy­yətlərə bağlıdır. Hər kəsə də yal­nız niyyət etdiyi şey qalacaq­dır" (əl-Buxari, 54). Həmçinin oxuyun:
Həmçinin, insan niyyətində bir neçə qüslu cəm etməklə bir qüsl ala bilər. Məsələn, əgər qadının üzərində həm heyz, həm də cənabət qüslü varsa, ikisinin yerinə bir qüsl alması kifayətdir. Həmçinin oxuyun:

Paylaş: