Heyz qüslu cənabət qüslunu da əvəz edirmi?

    07.05.2017
Sual: 
salam aleykum.bagiwlayin sualim ucun.heyz hali bitmiw,ama tezece bitmiw ve qusl alib cinsi elaqede olarken qadindan tezden qan axmaga bawlasa hemin an heyzdenmi sayilir?birdeki boynunda heyz quslu varsa uste gel cenabet qusluda olsa ve ya eksine cenabet var heyzde olandan sonra heyz quslu,qusl alanda her ikisini niyyet edib bir defe qusl almaq olarmi?yoxsa bir defe heyz birdefede cenabet quslumu alinmalidi?
Cavab: 
Və aleykum Salam. Heyz halı bitdikdən və heyz qüslu aldıqdan sonra gələn qanın hansı qandan olmasına görə hökm dəyişir. Heyz qanı ilə adi qan fərqlidir. Qadınlar bunu ayırd edə bilirlər. Həmçinin oxuyun:
Heyz halı bitdikdən sonra qüsl almadan cinsi əlaqəyə girmək olmaz, çünki bu günahdır. İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Əgər heyzin ilk vaxtlarında cinsi yaxınlıq edərsə bir dinar, axır vaxtlarında edərsə yarım dinar sədəqə verməlidir". (Əbu Davud, 262).
Boynunda heyz qüslu ilə cənabət qüslu olan qadının bir dəfə heyz qüslu alması kifayətdir. Daha ətraflı: Qadın cənabət qüslu almamış heyz olarsa, hansına görə qüsl almalıdır? 
Qüsl alarkən niyyəti dil ilə tələffüz etməyə isə ehtiyac yoxdur. Qəlbinizdə qüsl niyyəti ilə hamama girirsinizsə, artıq niyyət etmiş sayılırsınız.
Həmçinin oxuyun: Niyyət etmək bidətdirmi?
Paylaş: