Uşaqların qıldıqları namaz qəbul olunurmu?

    10.09.2019
Sual: 
Salam.menim az yawll uwaqlarlm var biri 11 yawda biride 9 yawdadllar olar namaz qllmaql cox isdediyi ucun men icaze verdim ve namazl qllrlar.ama biraz cawlr sefleri olur seher namazl gec qllr men bilmey isdiyrem olarln namazl Allah qebul elyirmitaparml? Coxlu zikirde oxuyurlar..mene cavabl yazardlz..
Cavab: 

Va aleykum salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) uşaqlara yeddi yaşında namaz qılmağı öyrətməyi əmr edərək buyurmuşdur: "Yeddi yaşına çatdıqda uşaqlarınıza namazı öyrədin və on yaşına çatıb namaz qılmadıqda onları yüngülcə vurun və yataqlarını ayırın". (Əbu Dəvud, 495).

İslam alimləri bildirmişlər ki, uşaqlara etdikləri saleh əməllərə görə savab yazılır və bu əməllər onlardan qəbul olunur. Eyni zamanda onlara bu ibadətləri öyrədən valideynlərə də savab yazılır. Etdikləri səhvlərə görə isə onlara günah yazılmır. Həmçinin oxuyun:

Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?

Övladlarımızı namaza necə həvəsləndirək?


Teqlər: 
Paylaş: