Cadunu batil etmək üçün çimərkən özünü murdarlamaq düzgündür?

    06.04.2014
Sual: 
Salam aleykum. Deyilene gore Insan chimerken özunu mundarlamalidi. Guya bu cadunu aparir. Bu duzgundurmu?
Cavab: 
Aleykum salam. Xeyir, cadu olunduqda murdarlamaq olmaz. Cadu olunduqda insanlar cadunun açılması üçün cadugərlərə müraciət edir və cadugərlər onların murdarlanmağını tələb edirlər. Bununla onlar insana yenidən cadu edərək şeytanların onun bədəninə asanlıqla daxil olmasını istəyirlər. Ona görə də şəriətimiz bu cür fırıldaqçılara müraciət etməyi qadağan edir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bir falçının və ya kahinin yanına gedər və onun dediklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni (yəni Quranı) inkar edıb küfr etmişdir".
Cadu tapılıbsa, cadunu yandırmaq, cadu olunmuş insana isə Quran ayələrini oxuyaraq ruqyə etmək lazımdır. Daha ətraflı:

 

Teqlər: 
Paylaş: