Son zamanlar hamıya qarşı əsəbi olmuşam, bundan necə xilas ola bilərəm?

    20.09.2019
Kimdən: 
Sara
Sual: 
Bu aralar heç yaxşı deyiləm, nişanlanmışam çox dəyişmişəm sevdiyim insanla nişanlıyam amma ona qarşı içimdə nifrət hissi yaranıb prşmanam onla nişanlandığıma hər gün dalaşırıq, ailəmlədə dalaşram hərkəs əsəblərmə toxunur və gün gündən çəkim azalər qrtıq 43olmuşam axı niyə belə oldum niyə bu hala qaldım canımdan çpx sevdiyim şəxsə nifrət edirəm, hərkəsdən iyrənirəm, ailəm cadu falan heçnəyə inanmır qorxuram kimsə nəsə edər nə edim özümə gəlim əvvəlki kimi xoşbəxt olum birşey deyində edim yaxşı deyiləm
Cavab: 

Salam aleykum. İslam dini insanlara gözəl əxlaqı əmr edir. Mülayim olmaq və qəzəbi tərk etmək gözəl əxlaqdan irəli gəlir. Qəzəblənmək isə şeytandandır. İnsan əsəbi anında düzgün qərar verə bilmir, səhvlərə yol verir. Bu isə sonda peşman olacaq nəticələrə gətirib çıxarır. Bu səbəbdən çalışın sakit olun. Sakit olmağın ən gözəl yollarından biri də Quran oxumaq və namaz qılmaqdır. Namaz insanı qəlbən təmizləyir və insanı pis işlərdən uzaqlaşdırır. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir".  (əl Ənkəbut, 45).

Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar. Uca Allah bu xüsusda buyurur: "Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar!" (ər-Ra'd, 28). Həmçinin oxuyun:

Əsəbi olanda hansı duanı oxumaq lazımdır?

Namaz ən fəzilətli ibadətdir!

Namaz qılmağın qaydası - VİDEO

Teqlər: 
Paylaş: