Ailəm məni sünni namazını qılmağa qoymur, şiə namazı qıla bilərəmmi?

    23.09.2019
Kimdən: 
pəriş
Sual: 
mən şiə namazı qılırdım sonra keçib sünnə namazı qılmağa başladım amma ailəm buna narazıdır sünnə namazı qıkmağımı istəmirlər deyirlər ki namaz qılırsan şiə namazı qıl yoxsa haqqımızı halal etmərik sənə sünnə şiə namazı qılmaq olarmı xaiş edirəm mənə cavab verərdiniz Allah razı olsun
Cavab: 

Va aleykum salam. İbadətin Allah qatında qəbul olması üçün iki şərt var:

1) İbadət xalis Allah üçün olmalıdır.

2) İbadət Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) etdiyi kimi yerinə yetirilməlidir. 

Bu iki şərtdən biri olmazsa, ibadət məqbul sayılmaz. İbadəti yerinə yetirməklə bərabər ibadətin Allah qatında qəbul olmasına çalışmaq lazımdır. Namaz ən əzəmətli ibadətlərdən biridir. Bu səbəbdən namazın qəbul olması üçün Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qıldığı kimi namaz qılmaq lazımdır. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılmağını vəsf edən səhabələr onun gün ərzində beş dəfə namazı qıldığını bildirmişlər. Namaz Allahın haqqı olduğu üçün bu məsələdə heç kəsə itaət etmək olmaz. Ailənizə gözəl şəkildə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) necə namaz qıldığını öyrədin. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) necə namaz qılmasını səhih hədislərə əsaslandırılmış şəkildə bu sualın cavablarından oxuya bilərsiniz:

Teqlər: 
Paylaş: