Sübh namazına yatıb qalanda sünəti qılınırmı?

    28.10.2019
Sual: 
Salam aleykum.əgər sübh namazına yatıb qalsaq ,oyandıqdan dərhal sonra sünnətini də qılmaq olar ?ya Sübh namazının sünnətinin qəzası yoxdur? Əvvəlcədən Allah razı olsun sizdən
Cavab: 

Va aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yatmaq səhlənkarlıq deyildir, səhlənkarlıq namazı o biri namazın vaxtı girənədək qılmamaqdır. Kimin başına belə bir iş gəlsə, (namazı unutsa və ya yatıb qalsa) namazı xatırlayan kimi və ya oyanan kimi qılsın". (Səhih Muslim, 681).
Əgər yuxudan oyandıqda Sübh namazının vaxtının artıq çıxdığını görsəniz, adi qaydada əvvəl Sübhün sünnəsini, sonra da fərzini qılın. Həmçinin, bu halda azan və iqamə də vermək olar. Yuxarıdakı hədis buna dəlalət edir. Həmin hədisdə bildirilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir dəfə səfərdən qayıdarkən çox yorğun idi və Sübh namazına yatıb qaldı. Oyandıqda isə artıq günəş çıxmışdı. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Bilala azan verməyi əmr etdi. Sonra Sübhün sünnətini qıldı. Sonra iqamə verdi və Sübh namazının fərzini qıldı. Həmçinin oxuyun:
Sübh namazı necə qılınır?
Sübh namazına yatıb qalanda durub qəzasını dərhal qılmaq lazımdır?

 

Teqlər: 
Paylaş: