Namaza başlayarkən təkbirin yerinə "Allahu azim" demək olarmı?

    25.09.2019
Sual: 
Namazasa baslayarken Allahu Əkbər yerinə Allahu azım demek olar?
Cavab: 

Va aleykum salam. Namaza başlayarkən "Allahu əkbər" demək namazın əsaslarından sayılır və onun əvəzinə başqa bir zikr demək olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mən necə namaz qılıramsa, siz də elə qılın!" (əl-Buxari, 6857). 

Peyğəmbərin namazını vəsf edən səhabələrin hamısı onun namaza başlayarkən "Allahu Əkbər" dediyini bildirmişlər. Vail ibn Hucr (Allah ondan razı olsun) demişdir: “Mən qərara aldım ki, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) namazı necə qılmağına baxacağam. Mən ona baxdım, o qalxdı və "Allahu Əkbər" deyərək təkbir gətirdi, əllərini qulaqlarının (səviyyəsinə) çatana qədər qaldırdı. Sonra o sağ əlini sol əlinin, biləyinin və qolunun üzərinə qoydu". (Əbu Davud, 726). Həmçinin oxuyun:

Namazın əvvəlində "Allahu əkbər" deməmək olarmı?

Peyğəmbərimiz necə namaz qılardı?

Teqlər: 
Paylaş: