Kiminsə hörmətinə Allahdan istəmək olarmı? "Əssalətu vəs-sələmu aleykə ya Rasulallah, xuz biyədi, qallət hiyləti ədrikni ya Rasulallah" duasını oxumaq olarmı?

    30.01.2020
Kimdən: 
Resad Qarazade
Sual: 
Salam Aleyküm.1.Sualım:Tevessül yeni Bir Saloh qulu araçı edib Allahu Tealadan onun üzü suyu hqrmetine bir dilek de bulinmax caiz di mi?2."Essalatü ves selamü aleyke ya seyyidi ya Rasulullah huz bi yedi kallet hiyleti Edrikni ya Rasulullah"deye salat gətirmək günah sayılmazki?Çünki çox eşiddimki Allahdan yalnızca Allahdan yardım istəyin deyilir.Allah Rasülündan yardım isdemek bes nece?Onsuz yardım gönderen Allah deyilmi,sebebker esas deil ne de olsa,bi de AbdülKadir Geylani Hz.lerini aracı elemek ve ya yetiş Ya Gavs demek düzdümü?Allaha emanet olun.
Cavab: 

Va aleykumus-sələm.

1) "Təvəssül" sözünün mənası, Allaha yaxınlaşmaq üçün vəsilə axtarmaq deməkdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vəsilə axtarın". (əl-Maidə, 35). İbn Kəsir bu ayənin təfsirində Qatədədən nəql edərək demişdir: "Yəni Allaha itaət etməklə və Allahı razı salacaq əməllərlə Ona yaxınlaşın". Təvəssül barədə ətraflı oxuyun: Təvəssül nədir?

İslamda hər hansı bir saleh qulu vasitəçi edib, onun hörmətinə Allahdan istəmək bidətdir. Nə Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun), nə də onun sahabələri (Allah onlardan razı olsun) belə bir təvəssül etməmişlər. Bu barədə ətraflı oxuyun:
Allaha dua edərkən kəramət sahiblərinin xətrini vasitə tutmaq olarmı?

2) "Əssalətu vəs-sələmu aleykə ya Rasulallah, xuz biyədi, qallət hiyləti ədrikni ya Rasulallah" cümləsinin mənası belədir: "Sənə Allahın salavatı və salamı olsun ey Allahın Elçisi, əlimdən tut, əlacsızam, imdamıma çat ey Allahın Elçisi!" Bu dua şirk və küfrdür. Çünki dualar yalnız Allaha edilməlidir. Dua edərkən kimliyindən asılı olmayaraq Allahdan başqasına yönəlmək şirkdir. Uca Allah buyurur: "Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etmə­yin!" (əl-Cinn, 18). Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bizə ona necə salavat gətirməyi öyrətmişdir. Səhabələr Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) soruşmuşlar: "Ey Allahın elçisi, sənə salam vermək qaydasını bilirik. Bəs sənə necə salavat deyək?" Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi ki, mənə belə salavat deyin: "Allahummə salli alə Muhammədin və alə ali Muhəmməd, kəmə salləytə alə ali İbrahimə innəkə həmidun məcid. Allahummə barik alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə barəktə alə ali İbrahimə innəkə həmidun məcid" (əl-Buxari: 11/ 152/ № 6357. Müslim: 1/ 305/ № 406.) Ən doğru yol da sözsüz ki, Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) tabe olmaqdır. Həmçinin oxuyun:
Paylaş: