"Allaha yaxınlaşmaq üçün vasitə axtarın" ayəsini izah edə bilərsinizmi?

    12.02.2015
Kimdən: 
Emin
Sual: 
Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız. bu sureni tam aydin bawa duwmedim.vasite axtarin dedikde ne nezerde tutulur?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün) vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız". (əl-Mədiə, 35).
Burada "yaxınlaşmaq üçün vasitə" deyildikdə Allahın razı qaldığı əməllər etmək və onun qəzəbinə səbəb olan şeylərdən çəkinmək nəzərdə tutulur. Məsələn, Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) qüdsi hədislərin birində xəbər vermişdir ki, Uca Allah belə buyurur: "Qulum mənə nafilə ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət, mən onu sevərəm. Qulumu sevdiyim zaman da mən onun eşidən qulağı, görən gözü, tutan əli və yürüyən ayağı olaram. Məndən nə istəsə onu mütləq verərəm, mənə sığınsa onu qoruyaram". (Səhih əl-Buxari, 6502).
Bəzi insanlar bu ayəni ölülərin xətrinə Allahdan nəsə istəmək, pirə getmək kimi bidət əməllərinə dəlil gətirməyə çalışırlar. Uca Allah bunu qadağan edərək buyurmuşdur: "Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən". (ən-Nəml, 90).
"Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər". (əl-Əraf, 197).
"Haqq çağırış yalnız Onadır. Müşriklərin Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər". (ər-Rad, 14).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allahdan başqasına dua edib ölərsə, cəhənnəmə daxil olar". (Səhih əl-Buxari). Daha ətraflı:
Allahdan kömək istəyərkən kəramət sahiblərinin xətirni vasitə tutmaq olarmı?
Təvəssül haqqında

Teqlər: 
Paylaş: