Yahova şahidləri kimlərdir?

    15.04.2020
Kimdən: 
Xəyyam
Sual: 
Salam akeykum sizden bir söz soruşum Yahova şahidləri var ozlerini xristiyanlara munasib edirler ama islama benzerlik var onlar haqqinda etrafli melumat lazimdi in şəə Allah məlumat verersiz ..cox sag olun
Cavab: 

Aleykum salam. Yahova şahidləri xristianlığın qollarından biridir. Yahova Şahidlərinin tarixi XIX-cu əsrin 70-ci illərində Amerika Birləşmiş Ştatlarında Çarlz Teyz Rassel tərəfindən əsası qoyulduğu "Müqəddəs Kitab tədqiqatçıları" (Bible Students) hərəkatından başlayır. 1931-ci ildə Müqəddəs Kitab tədqiqatçıları "Yahova Şahidləri" adını qəbul etmişlər. Bu firqə digər xristian firqələri kimi küfr və şirkdən ibarətdir. Onlara görə Yahova Yaradanın adıdır. Digər xristianlardan fərqli olaraq Yahova şahidləri üçlük (ata, oğul və müqəddəs ruh) əqidəsini inkar edirlər. Lakin, İsanın Allahın oğlu olduğunu iddia edirlər (Allah onların iddia etdiklkərindən uzaqdır və Ucadır). Həmçinin onların digər xaçpərəstlərdən fərqi budur ki, onlar yalnız Yahovaya ibadət etməyi qəbul edirlər. Onlara görə müqəddəslərə, ikonalara ibadət etmək, Yahovadan başqa bir şəxsə dua etmək icazəli deyil. Yahova şahidləri Axirəti, ölümdən sonrakı həyatı inkar edirlər. Onlara görə insan öləndən sonra həyatının başqa yerdə davam etməsi inkar olunur. Yahova şahidləri ruhlar aləminin mövcudluğunu da inkar edirlər. 
Yahova şahidləri digər xristianlar kimi İslam dinini doğru saymırlar. Onlar Quranı və Muhəmməd peyğəmbəri (ona və ailəsinə Allahın salavatı və salamı olsun) inkar edirlər. Lakin insanları öz batil etiqadlarına dəvət edərkən bunu gizlədirlər. Hətta bəziləri özlərini müsəlman kimi qələmə verir və Quran ayələrindən misallar da gətirirlər. Quranı oxuduqlarını və Quranda yazılanlardan xəbərdar olduqlarını bildirirlər. Bu yolla onlar İslam dinindən və Qurandan məlumatı olmayan insanları azdıra bilirlər. Lakin onlara Quran barədə sadə suallar verdikdə, Qurandan heç xəbərləri olmadıqları və sadəcə gözdən pərdə asmaq üçün bir-iki ayəni mənbələri ilə əzbərlədikləri ortaya çıxır. 
Yuxarıda qeyd etdiklərimizdən aydın olur ki, özlərini Yahova şahidləri adlandıran xristiyan firqənin əqidəsi İslam dininə zidd olan küfr və şirkdən ibarətdir. Nə Quranda, nə də səhih hədislərdə Allahın Yahova adının olduğu bildirilməmişdir. Uca Allahı belə adlandırmaq və dua edərkən bu addan istifadə etmək düzgün deyil. Uca Allah Quranda və səhih hədislərdə Öz adlarını bizə bildirmişdir. Uca Allah buyurur: "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (əl-Əraf, 180). 
Həmçinin dinimizə görə Axirətə iman gətirmək imanın əsaslarından biri hesab olunur. Lakin Yahova şahidləri bunu inkar edirlər. Onların digər bir küfrü isə İsanı Allahın oğlu hesab etmələridir. Uca Allah buyurur: "Kafirlər: “Mərhəmətli Allah Özünə öv­lad götürdü!”– de­di­lər. O, pakdır, mü­qəddəsdir! Əksinə, o mələklər möh­tərəm qullardır". (əl-Ənbiya, 26). Həmçinin oxuyun:
Tövrat və İncil təhrif olunmuşdur
İncil və Tövrat kitablarını alıb oxumaq olarmı?
Xristianlar niyə kafirdir?

Teqlər: 
Paylaş: