Namazda paltar bulaşarsa, namaz batil olurmu?

    04.08.2020
Sual: 
Namazda eger paltar batarsa namaz batil sayilir?
Cavab: 

Salam aleykum. Namazın düzgün sayılması üçün şərtlərdən biri də namaz qılanın paltarının və namaz qıldığı yerin natəmizliklərdən və nəcasətdən təmiz olmasıdır. Əgər namaz qılanın paltarında və namaz qıldığı yerdə nəcasət varsa və namaz qılan şəxsin də bundan xəbəri varsa, bu namaz batil sayılır və yenidən qılınmalıdır. Əgər namaz qılan şəxs bundan xəbəri yoxdursa və namaz əsnasında bundan xəbərdar oldusa, bu halda namazdan çıxıb natəmizliyi aradan qaldırmalıdır. Yox əgər namazdan sonra xəbər tutmuşsa, bu halda namazı doğru sayılır və bu namazı yenidən qılmağa ehtiyac yoxdur. Həmçinin, bilmək lazımdır ki, hər bulaşan maye nəcasət sayılmır. Natəmizliklər və onlardan təmizlənmə barədə ətraflı oxuyun: Murdar şeylərdən təmizlənməyin üsulları
Həmçinin oxuyun:
Məzi bulaşmış paltarda namaz qılmaq olarmı?
Dəstəmazı və namazı batil edən hallar

Paylaş: